• 19:43 – “Turan Tovuz” “Traktor” ilə yoldaşlıq oyunu keçirəcək 
  • 19:36 – “Neftçi” dünya ulduzu ilə danışıqlar aparır 
  • 19:33 – Mask "Amerika" partiyasının qeydiyyatı üçün rəsmi müraciət edib 
  • 19:28 – İsrail paytaxtının hava limanı raket atəşinə məruz qalıb 

Azərbaycan İran komandasına viza verməyib? – Rəsmi



Azərbaycan İran komandasına viza verməyib? – Rəsmi


İranın qadın basketbolçularına Azərbaycanın viza vermədiyi haqda yayılan məlumat yalandır.

XEBERTV.AZ xəbər verir ki, bu sözləri Axar.az-a açıqlamasında Azərbaycan Basketbol Federasiyasının mətbuat katibi Sənan Əliyev deyib.

“3x3 basketbol üzrə Dünya Qadın Seriyasının Quba mərhələsində iştirak etmək istəyən komandalara viza üçün müəyyən bir vaxt tanınıb. İran komandası isə həmin müddət ərzində vizaya müraciət etmədiyi, gecikdiyi üçün onu əldə edə bilməyib”, - o bildirib.

Qeyd edək ki, İran mediası Azərbaycanın İranın qadınlardan ibarət milli basketbol komandasının üzvlərinə sözügedən yarışda iştirak üçün viza verməkdən imtina etdiyi haqda məlumat yayıb.


Reytinq: 
  • Нравится
  • 0
Son xəbərlər
bütün xəbərlər →