• 18:49 – XİN-dən 8 Noyabrla bağlı - Bəyanat 
  • 18:33 – GÜLBEN ERGEN BAKIDA ZƏFƏR BAYRAMI MÜNASİBƏTİLƏ KONSERT VERƏCƏK 
  • 23:45 – İranın qarşısını almasaydım, İsrail məhv olardı - Tramp 
  • 23:40 – Tünzalə Ağayevadan 50 yaşında özünə möhtəşəm hədiyyə – “100 dəfə 1000 dəfə” - VİDEO 

ABŞ-ın Cənubi Qafqazla bağlı NİYYƏTİ: "Biz çox həvəslənirik ki..."


 

ABŞ Azərbaycanla Ermənistan arasında sülh prosesini və münasibətlərin normallaşdırılmasını dəstəkləməkdə davam edir və bu istiqamətdə istənilən şəkildə köməkdən məmnundur.

XEBERTV.AZ  xəbər verir ki, bunu ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Ceyms O'Brayen onlayn brifinq zamanı deyib.

Onun sözlərinə görə, sevindirici haldır ki, tərəflər aralarında qalan məsələlərin həlli üçün ikitərəfli əsasda müzakirələr davam edir.

“Biz çox həvəslənirik ki, onlar (Azərbaycan və Ermənistan-red) ikitərəfli səviyyədə fəal gündəliyə sahib olmaqda və qalan məsələlərin həllinə davam edirlər. Hələ görüləsi işlər var və kömək edə biləcəyimiz dərəcədə dəstək verməkdən məmnunuq", - C.O'Brayen bildirib.

Dövlət katibi köməkçisinin sözlərinə görə, ABŞ Azərbaycan və Ermənistanla yaxşı əlaqələrə malikdir və onlar arasında sülhün regionda inkişaf üçün yaxşı imkanlar yaradacağına inanır.


Publika.az 


Reytinq: 
  • Нравится
  • 0
Son xəbərlər
bütün xəbərlər →