İnanmıram ki, ABŞ və Azərbaycan arasında münaqişə ciddidir və Qərbin və ABŞ-ın regionumuzda İrəvan və Bakıya qarşı siyasətində hansısa ölümcül dəyişiklikləri ehtiva edir.
XEBERTV.AZ xəbər verir ki, bunu erməni hərbi ekspert Armen Ayvazyan deyib.
“Biz bəyanatları, ABŞ Konqresi və Senatının Ermənistan və Qarabağın xeyrinə qəbul etdiyi qətnamələri, “arsax”ı müstəqil dövlət kimi tanıyan Fransa Senatının qərarını gördük. Sonra Fransa parlamentinin aşağı palatası yenidən kifayət qədər ermənipərəst mövqe tutdu, lakin bütün bunlar bu dövlətlərin icra hakimiyyətlərinin siyasətinə çevrilmədi”, - Ayvazyan bildirib.
Ayvazyanın sözlərinə görə, ABŞ Dövlət Departamentinin nümayəndəsi bildirib ki, sentyabrın 19-da Qarabağdan erməni əhalisinin köçməsi ilə nəticələnən hadisədən sonra onlar sülhə can atan nəsə görməyincə Azərbaycanın 907 saylı düzəlişin istisnalarına əsasən aldığı yardım dayanacaq:
“Bunlar ciddi addımlar deyil. Bu gün Azərbaycanın bu hərbi yardıma ehtiyacı yoxdur. ABŞ daha əvvəl də eyni şeyi edə bilərdi və Azərbaycana güclü siqnal verə bilərdi. Ona görə də bunun çox ağır nəticələrə, ciddi münaqişəyə səbəb olacağını düşünmürəm. Azərbaycan artıq ABŞ-dan, onun müttəfiqlərindən, o cümlədən İsraildən kifayət qədər böyük hərbi yardım alıb və almaqda davam edir”.