Damarlarda dolaşan mayelərin ekstravazasiyası və toxumalarla dəri arasında toplanması nəticəsində yaranan şişkinlik heç bir ağrı verməsə də, bədəndə yaratdığı ağırlıq hissi ilə bezdirici ola bilər. Ancaq düzgün qidalanaraq ödəmdən xilas olmaq asandır.
Ərik
Kalium baxımından çox zəngin olan ərik həzm sistemini tənzimləyir və bədəni ödemdən qoruyur.
Abalı sapı
Albalı sapı; Həzmsizlik, şişkinlik və ödem üçün idealdır. Gilas yeyəndən sonra gövdəsini atmaq yerinə çaya dəmləyə bilərsiniz.
Xiyar
Demək olar ki, su ilə bol olan xiyar mədəni rahatladır və həzmi asanlaşdırır.
Yulaf
Tam lif mənbəyi olan yulaf, tərkibindəki beta qlükan sayəsində bağırsaq hərəkətliliyini artırmağa kömək edir.
Yoqurt
Tərkibindəki probiotiklər immuniteti gücləndirməklə yanaşı, orqanizmi toksinlərdən təmizləməyə də kömək edir.
Yaşıl çay
Yaşıl çay yüksək antioksidant tərkibi ilə müntəzəm istehlak edildikdə ödəmi aradan qaldırmağa kömək edir.
/.aznews.az/