• 18:46 – Xəstə uşaq üçün toplanan pulu talayan şəxs saxlanıldı - Video 
  • 19:45 – SEPAH Yaxın Şərqdəki ABŞ bazalarına qarşı yeni hücum dalğası başladıb 
  • 19:42 – Trampla Netanyahu arasında telefon danışığı 
  • 19:39 – İranda qızlar məktəbi vuruldu: 70 ölü, 90 yaralı 

Filarmoniyada Xalq artisti Musa Mirzəyevin 90 illik yubileyi münasibətilə konsert təşkil edilib

Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında Xalq artisti, bəstəkar Musa Mirzəyevin 90 illik yubileyinə həsr olunmuş konsert təşkil edilib.

AZƏRTAC xəbər verir ki, gecədə Xalq artisti, bədii rəhbər və baş dirijor Fəxrəddin Kərimovun rəhbərliyi ilə Qara Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestri çıxış edib. Solistlər Əməkdar artistlər Aygün Mübariz (soprano), Çinarə Heydərova (qanun), Rövşən Əmrahov (violin), İlyas Mirzəyev (piano), Emin Eminli (tar) və Cəfər Həsənovun (nağara) ifasında bəstəkarın əsərləri səsləndirilib.

Xatırladaq ki, Mədəniyyət Nazirliyinin rəhbərliyi, tanınmış incəsənət və mədəniyyət xadimləri, habelə ictimaiyyət nümayəndələrinin iştirakı ilə bəstəkarın xatirəsi Fəxri xiyabanda yad edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Reytinq: 
Son xəbərlər
bütün xəbərlər →