• 18:49 – XİN-dən 8 Noyabrla bağlı - Bəyanat 
  • 18:33 – GÜLBEN ERGEN BAKIDA ZƏFƏR BAYRAMI MÜNASİBƏTİLƏ KONSERT VERƏCƏK 
  • 23:45 – İranın qarşısını almasaydım, İsrail məhv olardı - Tramp 
  • 23:40 – Tünzalə Ağayevadan 50 yaşında özünə möhtəşəm hədiyyə – “100 dəfə 1000 dəfə” - VİDEO 

“Başlanğıc” filmi Almaniyada kinofestivalda nümayiş olunacaq

Yanvarın 27-dən 30-dək Almaniyanın Haydelberg şəhərində Beynəlxalq Səssiz Filmlər Festivalı keçiriləcək.
AZƏRTAC xəbər verir ki, festivalda ölkəmizi Xalq artisti Vaqif Behbudovun Xalq yazıçısı, kinodramaturq Rüstəm İbrahimbəyovun ssenarisi əsasında 1982-ci ildə çəkdiyi “Başlanğıc” qısametrajlı animasiya filmi təmsil edəcək. "Azərbaycantelefilm" tərəfindən istehsal olunan ekran əsərində yer üzündə sülhün qorunub saxlanmasının vacibliyi vurğulanır. Dərin fəlsəfi məzmuna malik filmi alman pianoçu Fridvart Göbbels müşayiət edəcək.
Qeyd edək ki, 21-ci ildir reallaşan festivalın təsisçisi və təşkilatçısı Güney Azərbaycan əsilli kinematoqraf Huşəng Vahididir. Təşkilatçının festival estetikasına gətirdiyi əsas yenilik ondan ibarətdir ki, o, kino bayramında təkcə səssiz filmləri nümayiş etdirmir, eyni zamanda dialoqu az olan bədii ekran əsərlərini səssiz filmlərə çevirir. Məsələn, nümayiş zamanı səs tamamilə dayandırılır və canlı musiqilər ifa edilir. Bu da bəzən həmin filmlərin təsir imkanlarını fərqli aspektdən artırır. Hətta bu məqsədlə filmləri müşayiət etmək üçün müxtəlif ölkələrdən musiqi qrupları dəvət edilir.
Reytinq: 
Son xəbərlər
bütün xəbərlər →