• 18:49 – XİN-dən 8 Noyabrla bağlı - Bəyanat 
  • 18:33 – GÜLBEN ERGEN BAKIDA ZƏFƏR BAYRAMI MÜNASİBƏTİLƏ KONSERT VERƏCƏK 
  • 23:45 – İranın qarşısını almasaydım, İsrail məhv olardı - Tramp 
  • 23:40 – Tünzalə Ağayevadan 50 yaşında özünə möhtəşəm hədiyyə – “100 dəfə 1000 dəfə” - VİDEO 

Dubayda isveçli rejissorun “Xarıbülbül əfsanəsi” filimi nümayiş etdirilib

Azərbaycanın Dubaydakı Baş konsulluğunda ölkəmizin İsveçdəki səfirliyinin təşəbbüsü, UNESCO üzrə Azərbaycan Milli Komissiyasının və Mədəniyyət Nazirliyinin dəstəyi ilə lentə alınmış "Xarıbülbül əfsanəsi" sənədli filmi nümayiş etdirilib.

AZƏRTAC xəbər verir ki, isveçli fotoqraf və rejissor Mikael Silkeberqin bu ekran əsərinin nümayişindən əvvəl “Şuşa İli” çərçivəsində filmin Dubayda təşkil olunmuş təqdimatında baş konsulluğun əməkdaşları, bu şəhərdə yaşayan və təhsil alan azərbaycanlılar iştirak ediblər.

Məlumat verilib ki, yaradıcı heyət tərəfindən Şuşada çəkilişlər aparılıb və şəhərin tarixi, musiqi və ədəbi mühiti barədə bir sıra tanınmış mədəniyyət və incəsənət xadimlərindən müsahibələr alınıb. Filmdə, həmçinin görkəmli elm və mədəniyyət xadimlərinin Qarabağ və onun tacı Şuşa haqqında fikirləri, eyni zamanda, tarixi şəxsiyyətlər barədə kadrlar yer alıb. Qərb alimlərinin Şərq mədəniyyəti, Azərbaycan ədəbiyyatı, musiqisi, muğam sənəti və əsrarəngiz təbiəti ilə bağlı düşüncələri də filmin əsas xəttini təşkil edir.
Reytinq: 
Son xəbərlər
bütün xəbərlər →