• 18:49 – XİN-dən 8 Noyabrla bağlı - Bəyanat 
  • 18:33 – GÜLBEN ERGEN BAKIDA ZƏFƏR BAYRAMI MÜNASİBƏTİLƏ KONSERT VERƏCƏK 
  • 23:45 – İranın qarşısını almasaydım, İsrail məhv olardı - Tramp 
  • 23:40 – Tünzalə Ağayevadan 50 yaşında özünə möhtəşəm hədiyyə – “100 dəfə 1000 dəfə” - VİDEO 

Elton Con “Twitter”dən gedir – FOTO

Müğənni və bəstəkar Elton Con cümə günü “Twitter” sosial şəbəkəsindən istifadəni dayandıracağını açıqlayıb.

Onun sözlərinə görə, İlon Mask “Twitter”in sahibi olduqdan sonra baş verən dəyişikliklər sosial şəbəkə istifadəçiləri arasında dezinformasiyanın yayılmasını xeyli asanlaşdıracaq.

“Həyatım boyu musiqidən insanları bir araya gətirmək üçün istifadə etməyə çalışmışam. Dünyamızı parçalamaq üçün dezinformasiyadan necə istifadə edildiyini görəndə çox üzülürəm”, - o, qeyd edib.

1,1 milyon abunəçisi olan sənətçinin paylaşımını Maskın özü şərh edib.

“Mən sizin musiqinizi sevirəm. Ümid edirəm ki, qayıdacaqsınız”, - deyə 75 sosial şəbəkənin yeni sahibi yazıb.
Reytinq: 
Son xəbərlər
bütün xəbərlər →