• 20:22 – Paşinyan Naxçıvana dron hücumu fonunda Təhlükəsizlik Şurasını toplad 
  • 19:24 – İranla sərhədlə bağlı təcili qərar - NK 
  • 19:18 – Ərdoğan Əliyevə zəng etdi: Naxçıvana hücum... 
  • 18:46 – Xəstə uşaq üçün toplanan pulu talayan şəxs saxlanıldı - Video 

“Artım”da sərgi – “Dərman aradım dərdimə”

Yarat Müasir İncəsənət Mərkəzinin “Artım” layihə məkanında “Dərman aradım dərdimə” adlı sərgi açılacaq.

AZƏRTAC xəbər verir ki, aprelin 21-də açılacaq sərgi 14 gün davam edəcək.

İnsanın öz mənəvi böhranından məlhəm axtarışı onun özünü tapmaq, kamillik qazanmaq cəhdidir. Dərdlərin həllinə çalışarkən mənəvi böhran qaçılmaz olur. Ruh hər zaman harmoniya axtarışındadır, dünyamız isə disharmonikdir. Bizim dərdlərimizin də, ümidlərimizin də mənbəyi bu uyğunsuzluqdur. “Dərman aradım dərdimə” sərgisi insan iztirablarından, mənəvi böhranlarından şəfa taparaq, kamilləşmə yolunu vurğulayır.

Qeyd edək ki, sərgidə YARAT Müasir İncəsənət Məktəbinin tələbələrinin əl işləri nümayiş olunacaq.
Reytinq: 
Son xəbərlər
bütün xəbərlər →