• 20:24 – Ukraynada cəbhə xətti "DONDURULDU" - Hər şey hədəfə çevrilə bilər 
  • 20:04 – ABŞ-da 22 milyon əhaliyə xəbərdarlıq edildi 
  • 19:58 – Ukrayna Azərbaycan qazını öz anbarlarında saxlamaq istəyir 
  • 23:14 – Azərbaycan və Ermənistan liderlərinin Əbu-Dabi görüşü nə vəd edir? 

Birinci Lənkəran Kitab Sərgisi anşlaqla yadda qaldı

Azərbaycan Nəşriyyatları Assosiasiyası, Mədəniyyət Nazirliyi və Lənkəran Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı, həmçinin Lənkəran-Astara Regional Təhsil İdarəsinin təşkilati dəstəyilə keçirilən Birinci Lənkəran Kitab Sərgisi başa çatıb.

AZƏRTAC xəbər verir ki, ölkənin aparıcı nəşriyyatlarının iştirakı ilə baş tutan sərgidə möhtəşəm proqram və çoxçeşidli kitabların satışı, nümayişi, eləcə də müxtəlif endirim kampaniyaları həyata keçirilib. Kitab bayramında tanınmış ədiblərin iştirakı ilə təqdimatlar, imza mərasimləri, konsert proqramları, şeir gecələri, uşaqlar üçün nağıl saatları və ustad dərsləri təşkil olunub.

Lənkəran şəhəri Heydər Əliyev Mərkəzində keçirilən üçgünlük sərgi anşlaqla yadda qalıb. Oxucular sərgi çərçivəsində yazıçılar Elxan Elatlı, Rövşən Abdullaoğlu, qiraətçi Xəzər Süleymanlı, fotoqraf Vaqif Cabbarov, filosof Mail Yaqub, təlimçi Arzu Paşazadə, eləcə də digər tanınmışlarla görüş imkanı əldə ediblər.
Reytinq: 
Son xəbərlər
bütün xəbərlər →