• 23:13 – Qonşuda dollar bahalaşdı, Azərbaycana da təsir edir 
  • 22:47 – Azərbaycan Karate Federasiyasının mətbuat xidmətinin məlumatı   
  • 22:41 – Mənə dedilər ki, ordumuzun Azərbaycana qarşı şansı yoxdur… 
  • 22:36 – “Sədərək” ticarət mərkəzini su basdı - Video 

Türkiyədə fəaliyyət göstərən Azərbaycan şirkətlərinin sayı açıqlanıb

Türkiyədə fəaliyyət göstərən Azərbaycan şirkətlərinin sayı açıqlanıb

Hazırda Türkiyədə 2000-ə yaxın Azərbaycan, ölkəmizdə isə 4100-dən artıq Türkiyə şirkəti fəaliyyət göstərir.
Bunu bu gün KOBİA İdarə Heyəti sədri Orxan Məmmədov “Türkiyyə Maliyyə Sektoru Liderləri Zirvəsi”ndə çıxışı zamanı deyib

O qeyd edib ki Azərbaycan ilə Türkiyə arasında bütün sahələrdə olduğu kimi, ticarət-iqtisadi əlaqələrdə də dinamik inkişaf müşahidə olunur.

Belə ki, iki ölkə arasındakı xarici ticarətin həcmi 2016-cı ildəki 2.3 mlrd. ABŞ dollarından 2021-ci ildə iki dəfə artaraq təqribən 5 mlrd. ABŞ dollarına bərabər olub. 2022-ci ilin yanvar-sentyabr aylarına isə bu rəqəm artıq 4.2 ABŞ dollarına çatıb. 25 fevral 2020-ci il tarixində iki dövlət arasında güzəştli ticarətin təşviqi məqsədilə Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında Preferensial Ticarət Sazişi (PTS) imzalanıb.

Qarşılıqlı investisiya qoyuluşu davam etdirilib ki, Türkiyədən Azərbaycana investisiya qoyuluşları 12 milyard dollar, Azərbaycandan Türkiyəyə sərmayə yatırımları isə 19,5 milyard dollar təşkil edir. Hazırda Türkiyədə 2000-ə yaxın Azərbaycan, ölkəmizdə isə 4100-dən artıq Türkiyə şirkəti fəaliyyət göstərir - deyə O. Məmmədov bildirib.
Reytinq: 
Son xəbərlər
bütün xəbərlər →