• 23:45 – Paşinyan Blinkenin müavini ilə sülh prosesini müzakirə etdi 
  • 23:36 – İşbazlar avtomobili baha satmaq üçün hiyləgərliyə əl atırlar 
  • 23:30 – 18 yaşlı qız su arxında can verdi: Epilepsiyadan əziyyət çəkirm 
  • 23:26 – Hindistanda ildırım vurması: 63 nəfər öldü... 

Rəşad Məciddən mövzu ilə əlaqəli açqlama

Rəşad Məciddən mövzu ilə əlaqəli açqlama

Dünəndən ölkə mediasının əsas müzakirə obyektinə çevrilən AYB-nin qurultayı və bu qurultayda yenidən birinci katib və müavin seçilən Çingiz Abdullayevlə Rəşad Məcidin verdiyi açıqlamalarla bağlı yaranan rezonans bitmək bilmir. Hər iki şəxs tərəfindən jurnalistlərə qarşı ard-arda verilən açıqlamalar media mənsublarını hiddətləndirib, onların ünvanına ciddi tənqidlər səsləndirilib.

Çingiz Abdullayevi müdafiə edərkən jurnalistlərin ünvanına daha ağır ifadələr işlədən Rəşad Məcid aparılan tənqidi müzakirələrin fonunda üçüncü açıqlamasını vermək məcburiyyətində qalıb. O, feysbuk hesabında baş verənlərlə bağlı paylaşım edərək yaranmış vəziyyətə görə növbəti dəfə bəzi sayt əməkdaşlarını ittiham edib:

Həmçinin oxuyun: Стоимость проезда на вновь открытом маршруте снижена на 10 копеек

“Mənim statusum baku.tv-nin məşhur sualıyla bağlı deyil. Mən Günel Musanın (jurnalist – red.) gecə yarısı yazdığı suala qurultaydakı bəzi sayt əməkdaşlarının davranışına münasibət bildirib dostyana, qısa cavab yazmışam ki, səhər geniş münasibət bildirəcəyəm. Heç onu xəbərə çevirəcəyini də düşünməmişəm. Səhər isə geniş münasibətimi bildirmişəm. Bu status “Abzas.net” adlı saytın əməkdaşının davranışına münasibətdir. Qurultayda da saytın Şəmistan adlı əməkdaşına qəzəbli etirazımı bildirmişəm.

Çingiz Abdullayev verilən sualı isə mənə də vermişdilər, sakit cavablandırmışam”.
Reytinq: 
Son xəbərlər
bütün xəbərlər →