Laçın şəhəri, Zabux və Sus kəndlərində tibbi xidmət yenidən təşkil ediləcək
- 01.10.2022, 09:27,
- Manşet / Siyasət
İşğaldan azad olunmuş Laçın rayon mərkəzində, Zabux və Sus kəndlərində tibbi xidmət yenidən təşkil ediləcək.
Bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib.
Səhiyyə Nazirliyi və TƏBİB-in rəhbər əməkdaşlarından ibarət işçi qrupu Laçın şəhəri, Zabux və Sus kəndlərinə səfər edib.
Nazirliyin Səhiyyənin təşkili şöbəsinin müdiri Anar İsrafilov, TƏBİB-in Tibbi fəaliyyətin təşkili departamentinin rəhbəri Teymur Mirzəbəyli və Səhiyyə Nazirliyinin Əsaslı Təmir-Tikinti İdarəsinin rəisi Elşad Hacıyevın iştirakı ilə baş tutan səfərin əsas məqsədi həmin ərazilərdə tibbi xidmətin yenidən təşkil edilməsi istiqamətində mövcud imkanların yerində qiymətləndirilməsindən ibarət olub.
Qeyd edək ki, ərazi üzrə fəaliyyət göstərilməsi nəzərdə tutulan tibb müəssisələrinin yeri, tibbi xidmətdən yararlanması nəzərdə tutulan əhali sayı və digər zəruri məlumatlar dəqiqləşdirildikdən sonra tədbirlər planına uyğun olaraq işə başlanılacaqdır
Reytinq: