• 18:49 – XİN-dən 8 Noyabrla bağlı - Bəyanat 
  • 18:33 – GÜLBEN ERGEN BAKIDA ZƏFƏR BAYRAMI MÜNASİBƏTİLƏ KONSERT VERƏCƏK 
  • 23:45 – İranın qarşısını almasaydım, İsrail məhv olardı - Tramp 
  • 23:40 – Tünzalə Ağayevadan 50 yaşında özünə möhtəşəm hədiyyə – “100 dəfə 1000 dəfə” - VİDEO 

MEDİA-dan xəbərdarlıq

MEDİA-dan xəbərdarlıq

Medianın İnkişafı Agentliyi (MEDİA) media subyektlərinə müraciət edib.

Müraciətdə deyilir:

“Medianın İnkişafı Agentliyi qanunvericiliklə müəyyən olunmuş səlahiyyətləri çərçivəsində mütəmadi olaraq media subyektlərinin fəaliyyəti ilə bağlı təhlillər aparır və Agentliyin ümumi fəaliyyəti barədə hesabatlar hər ay media ictimaiyyətinə təqdim edilir.

Aparılan təhlillər göstərir ki, bəzi media subyektləri öz fəaliyyətlərində jurnalistikanın əsas norma və prinsiplərini pozmaqla, materialların hazırlanmasında birtərəfliliyə yol verməklə, qarşı tərəf və ya tərəflərin mövqeyini öyrənməməklə, həmçinin aldadıcı başlıqlardan istifadə etməklə “Media haqqında” Azərbaycan Respublikasının Qanununun və “Redaksiya siyasəti və peşə etikası” qaydalarının tələblərini pozur.

Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi media subyektlərini belə hallara yol verməməyə, fəaliyyətlərində “Media haqqında” Azərbaycan Respublikasının Qanununa və “Redaksiya siyasəti və peşə etikası” qaydalarına riayət etməyə çağırır, bildirir ki, belə hallar təkrarlanarsa, pozuntuya yol vermiş media subyektlərinə rəsmi xəbərdarlıq ediləcək və xəbərdarlıqlar Agentliyin rəsmi informasiya resurslarında yerləşdiriləcəkdir. Xəbərdarlığa əməl edilməyəcəyi təqdirdə isə qanunvericiliyə uyğun olaraq, növbəti tədbirlərin görülməsi təmin olunacaq.

Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi bütün media subyektlərini peşəkar və məsuliyyətli olmağa, eyni zamanda, informasiya alan tərəflərin də hüquqlarına hörmətlə yanaşmağa çağırır”.
Reytinq: 
Son xəbərlər
bütün xəbərlər →