• 22:45 – MEDİA-nın təşkilatçılığı ilə Milli Mətbuat Gününə həsr olunan tədbir keçirildi - Foto 
  • 22:36 – Türkiyədə 350-dən çox qanunsuz miqrant saxlanıldı 
  • 20:41 – Qonşu ölkədən Azərbaycana pul köçürmələri kəskin artdı 
  • 20:37 – Ukrayna ordusu bu şəhəri azad etdi - Əməliyyatın videosu 

Heydər Əliyev Fondunun təşkilatçılığı ilə möhtəşəm konsert gecəsi

Heydər Əliyev Fondunun təşkilatçılığı ilə möhtəşəm konsert gecəsi

Bu gün “Yaşıl Teatr”da Heydər Əliyev Fondunun təşkilatçılığı ilə unudulmaz yay gecəsi yaşanıb.

Iki saata yaxın davam edən və anşlaqla keçən konsert proqramı dünyaşöhrətli opera və estrada müğənnisi, SSRİ-nin və Azərbaycanın Xalq artisti Müslüm Maqomayevin 80 illik yubileyinə həsr olunmuşdu.

Azərbaycan, Gürcüstan, Rusiya, İtaliyadan və s. tanınmış müğənnilərin iştirakı ilə dahi müğənninin xatirəsi anılıb, həm də ötən illərin nəğmələrinin sədasında nostalji hisslər yaşanıb.

Səhnə tərtibatı, ümummilli lider Heydər Əliyevin Müslüm Maqomayev haqqında çıxışının əks olunduğu videoçarx, Müslüm Maqomayevin özünün Azərbaycan barədə fikirləri, vaxtı ilə Nizami roluna çəkilməsinə dair kadrlar, onun repertuarından ölməz əsərlərin yenidən səhnədə səslənməsi tamaşaçılara unudulmaz ab-hava yaşadıb.
Reytinq: 
Son xəbərlər
bütün xəbərlər →