• 18:22 – İran DÇ-2026 ilə bağlı yekun qərarını açıqladı 
  • 18:10 – “Avroviziya 2026”nın qalibi həyat yoldaşı ilə gündəmə gəlib 
  • 18:54 – Bakıda forum: Hədəf 8 ölkənin hüdudlarını aşmaqdır - Baş katib 
  • 18:43 – Azərbaycan bu il də Avroviziya finalına çıxa bilmədi 

Salyanın bostan sahələrində bol məhsul yetişib

Salyanın bostan sahələrində bol məhsul yetişib

Salyanda kənd təsərrüfatının əsas sahələrindən olan bostançılıqda bu il uğurlu nəticələr əldə olunub. Dövlət tərəfindən kənd təsərrüfatı sahəsinə göstərilən diqqət və qayğı, o cümlədən subsidiya və güzəştlərdən yararlanan fermerlər bol məhsul tədarük edib və hazırda yığım davam edir.

Salyan Rayon Statistika İdarəsindən verilən məlumata görə, Salyan rayonunda 2022-ci ilin məhsulu üçün 991 hektar sahədə bostan bitkiləri becərilib. Hazırda məhsul yığımı davam edir və sahələrdən 1898,2 ton məhsul toplanılıb. Bu da keçən ilin eyni dövrü ilə müqayisədə 232,7 ton və ya 14 faiz çox deməkdir. Belə ki, qarpız sahələrindən 1373,4 ton məhsul, yemiş sahələrindən isə 524,8 ton məhsul tədarük olunub.
Reytinq: 
Son xəbərlər
bütün xəbərlər →