• 13:11 – SEPAH-ın kazarmalarını  ABŞ tərəfindən  vurdu 
  • 13:02 – Qurtuluşun Əbədi İşığı 
  • 23:41 – Tramp Paşinyanı təbrik etdi 
  • 23:36 – Türkiyə ilə İsrail arasında münaqişə olsa... - Tramp 

Bazar günü hava necə olacaq?

Bazar günü hava necə olacaq?

İyunun 19-da Bakıda və Abşeron yarımadasında hava şəraiti əsasən yağmursuz keçəcək. Mülayim şimal küləyi əsəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, havanın temperaturu Abşeron yarımadasında gecə 20-22° isti, gündüz 27-31° isti olacaq. Bakıda gecə 20-22° isti, gündüz 29-31° isti olacaq. Atmosfer təzyiqi 761 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət 50-55 % olacaq.

Azərbaycanın rayonlarında əksər rayonlarda əsasən yağmursuz olacaq. Lakin gündüz bəzi şimal və qərb rayonlarında şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimalı var. Mülayim şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 17-22° isti, gündüz 31-36° isti, dağlarda gecə 8-13° isti, gündüz 17-22° isti olacaq.
Reytinq: 
Son xəbərlər
bütün xəbərlər →