• 20:47 – İran müharibəsi: Azərbaycan “əsas dəhlizə” çevrilir... 
  • 20:39 – İranla müharibə Trampın nəzarətindən çıxır - ABŞ-ı nələr gözləyir? 
  • 20:34 – İordaniyaya 35 raket və PUA ilə hücum edildi 
  • 20:31 – Rusiyadan ABŞ-a İranla bağlı gözlənilməz təklif... 

Sabirabadda narkotacir saxlanılıb

Sabirabadda narkotacir saxlanılıb

Sabirabadda narkotik vasitələrin satışı ilə məşğul olan daha bir nəfər saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan verilən məlumata görə, Daxili İşlər Nazirliyinin Baş Mühafizə İdarəsinin Sabirabad Rayon Regional Mühafizə Şöbəsinin və Sabirabad Rayon Polis Şöbəsinin əməkdaşlarının birgə keçirdikləri əməliyyat tədbirləri zamanı rayon ərazisində narkotiklərin satışı ilə məşğul olan əvvəllər məhkum olunmuş Ramil Alışov saxlanılıb. Onun rayonun Qaratəpə kəndi ərazisində yerləşən evinə keçirilən baxış zamanı külli miqdarda narkotik vasitə heroin və elektron tərəzilər aşkar olunaraq maddi sübut kimi götürülüb.

Saxlanılan şəxs barəsində Sabirabad RPŞ-nin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.
Reytinq: 
Son xəbərlər
bütün xəbərlər →