• 20:59 – ABŞ aviasiya bombası Almaniyada iki telekanalın fəaliyyətini pozdu 
  • 20:52 – Bakının bu küçələrində hərəkət məhdudlaşdırılır 
  • 20:42 – Süd məhsulları ilə bağlı yeni qərar qiymətlərə necə təsir edəcək? - Video 
  • 20:39 – “Neftçi”yə yeni baş məşqçi təyin olundu 

Bakıda Formula 1-ə hazırlıqla əlaqədar hərəkət məhdudlaşdırılacaq

Bakıda Formula 1-ə hazırlıqla əlaqədar hərəkət məhdudlaşdırılacaq

"Formula 1" üzrə Azərbaycan Qran-prisinə hazırlıq çərçivəsində trasda aparılan təmir işləri ilə əlaqədar yolun Neftçilər prospektinin Azneft dairəsindən (Nefçilər prospekti və Niyazi küçələrinin kəsişməsi) “Abşeron Mariott” otelinə (Neftçilər prospekti və Puşkin küçələrinin kəsişməsi) qədər hissəsində hərəkət məhdudlaşdırılacaq.

Bakı Şəhər Halqası (BŞH) Əməliyyat Şirkətindən verilən məlumata görə, yolun sözügedən hissəsində yaranacaq sıxlığı nəzərə alaraq sürücülərdən alternativ yollardan istifadə etmələri xahiş olunur.

Bakı Şəhər Halqası Əməliyyat Şirkəti yolların bağlı olmadığını, yalnız hərəkət zolağının sıxlaşdırıldığını bəyan edir.

Əməliyyat Şirkəti sürücülərə anlayışlarına görə təşəkkür edir, hazırlıq işləri ilə bağlı yaranan müvəqqəti narahatlığa görə üzr istəyir.
Reytinq: 
Son xəbərlər
bütün xəbərlər →