• 18:46 – Xəstə uşaq üçün toplanan pulu talayan şəxs saxlanıldı - Video 
  • 19:45 – SEPAH Yaxın Şərqdəki ABŞ bazalarına qarşı yeni hücum dalğası başladıb 
  • 19:42 – Trampla Netanyahu arasında telefon danışığı 
  • 19:39 – İranda qızlar məktəbi vuruldu: 70 ölü, 90 yaralı 

Sabahın hava proqnozu açıqlanıb

Sabahın hava proqnozu açıqlanıb

Martın 24-ə gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin arabir yağıntılı olacağı gözlənilir. Gecə və səhər bəzi yerlərdə yağışın sulu qarla qarışıq yağma ehtimalı var. Gündüz yağıntıda qısamüddətə fasilə olacaq. Mülayim cənub-şərq küləyi əsəcək

Havanın temperaturu gecə 1-3° isti, gündüz 6°-dək isti olacaq. Bakıda gecə 1-3° isti, gündüz 6°-dək isti olacaq. Atmosfer təzyiqi 770 mm civə sütunundan 760 mm civə sütununa enəcək. Nisbi rütubət 60-70 % olacaq.

Azərbaycanın rayonlarında havanın arabir yağıntılı olacağı, bəzi yerlərdə sulu qar, qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Arabir duman olacaq. Mülayim qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 1° şaxtadan 4°-dək isti, gündüz 5-8° isti, dağlarda gecə 5-10° şaxta, yüksək dağlıq ərazilərdə 15° şaxta, gündüz 0-5° şaxta olacaq.
Reytinq: 
Son xəbərlər
bütün xəbərlər →