• 00:30 – İran qüvvələri Oman körfəzində ABŞ esminesinə hücum edib 
  • 00:20 – Yamal zirvədə, Arda Güler 2-ci yerdə 
  • 00:18 – İrəvan bu dəyişiklikləri etməsə... - Dəmirtürk 
  • 00:13 – Dünya çenpionu Avropa çenpionunu yarım finalda məğlub etdi 

Sabahın hava proqnozu açıqlanıb

Sabahın hava proqnozu açıqlanıb

Martın 14-də gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin tutqun olacağı gözlənilir.

Gecə və səhər bəzi yerlərdə yağıntılı olacağı ehtimalı var. Mülayim şimal küləyi əsəcək. Havanın temperaturu gecə 2-4° isti, gündüz 5-7° isti, Bakıda gecə 2-4° isti, gündüz 5-7° isti olacaq.

Atmosfer təzyiqi normadan yüksək 769 mm civə sütunundan 773 mm civə sütununa yüksələcək. Nisbi rütubət 70-80 % olacaq.

Azərbaycanın rayonlarında havanın arabir yağıntılı olacağı, bəzi yerlərdə sulu qar, qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Gecə və səhər saatlarında duman olacaq. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturu gecə 1° şaxtadan 3°-dək isti, gündüz 5-8° isti, dağlarda gecə 8-13° şaxta, gündüz 3-8° şaxta olacaq.
Reytinq: 
Son xəbərlər
bütün xəbərlər →