• 21:54 – "Google" HƏDƏFƏ ALINDI - ABŞ hökuməti şirkətə vaxt verdi 
  • 19:26 – Yəmən ABŞ-a məxsus PUA-nı vurdu, ortalıq qarışdı 
  • 19:21 – 2025-ci ilin ən qanlı hücumu - Ukraynada 32 nəfər ÖLDÜ   
  • 19:15 – ABŞ dolları yeni təhlükə ilə üz-üzədir 

Heydər Əliyev və Azərbaycan Gəncliyi.


 

XEBERTV.AZ-YARDIMLI

Yeni Azərbaycan Partiyası Yardımlı rayon təşkilatı


Böyük türk dünyasının iftixarı olan ,böyük sərkərdə,Azərbaycan xallqının xilaskarı və qurtarıcısı olan Ümummilli Lider Heydər Əliyev tərəfindən 2 fevral 1997-ci il tarixində imzalanmış Sərəncama əsasən fevralın 2-si Azərbaycan Gəncləri Günü elan edilmişdir.
   Bütün məsuliyyətimlə deyə bilərəm ki,Əyər Ulu Öndər Heydər Əliyev hakimiyyətə gəlməsəydi Azərbaycan dövləti bəlkədə dünya xəritəsindən tamami ilə silinib yox olmuşdur.Bəli bu bir reallıqdır.Həmin tarixə nəzər saldıqda hakimiyyətdə gedən proseslər ,vətəndaş müharibəsi təhlükəsi və bütün bunlardan qaynaqlanaraq torpaqlarımızın işğal altına düşməsi yuxarıda qeyd etdiyimin əyani subutudur.Böyük sərkərdə Heydər Əliyev hakimiyyətə gələn kimi ölkədə bütün istiqamətdə canlanma başladı.Müstəqillik bərpa edildi.
   Bir gənc kimi bu gün qürurla deyə bilərəm ki,nə yaxşı ki Azərbaycan vətəndaşıyam.Azərbaycanı gənclər ölkəsi, gəncləri isə Azərbaycanın gələcəyi adlandıran Ulu Öndər  1993-cü ildə hakimiyyətə qayıdışı ilə gənc nəslə diqqətin göstərilməsi  dövlət siyasətinin prioritet istiqamətlərindən birinə çevrildi.
Gənclər siyasətinin institutlaşdırılması. Müxtəlif dövlət orqanlarının gənclərlə iş sahəsindəki fəaliyyətini əlaqələndirmək məqsədi ilə Ulu Öndər Heydər Əliyevin 1994-cü il 26 iyul tarixli Fərmanı ilə Gənclər və İdman Nazirliyi yaradılmışdır. Ulu Öndərin gənclərlə bağlı imzaladığı bir çox sənədlər respublikanın ictimai-siyasi həyatında gənclərin daha fəal iştirakı üçün şərait yaratmış, gənclər siyasətinin məqsəd, prinsip və istiqamətlərini, habelə təşkilati-hüquqi əsaslarını müəyyən etmişdir. Ulu Öndər Heydər Əliyev 1993-cü ildə hakimiyyətə qayıtdıqdan sonra təhsilimizin ötən əsrin 70-80-ci illərində mövcud olmuş bir çox ənənələri kimi, xarici ölkələrə tələbələrin göndərilməsi ənənəsi də davam və inkişaf etdirilməyə başlandı. Artıq 2003-cü ildə dünyanın inkişaf etmiş 40-a yaxın ölkəsində 160-a qədər ixtisas üzrə 3000-dən artıq azərbaycanlı gənc təhsil alırdı. Dövlət hesabına xaricdə təhsil alan gənclərin sosial durumu daim Ulu Öndərin diqqət mərkəzində idi. Təkcə Türkiyədə dövlət hesabına təhsil alan 700 azərbaycanlı tələbənin hər birinə təqaüd verilməsi üçün ildə 2,4 milyard manat vəsait ayrılmışdı. İstedadlı gənclərin təhsilə marağını daha da artırmaq və dəstəkləmək üçün Prezident Heydər Əliyevin ali məktəblərə qəbul imtahanlarından ən yüksək bal toplamış abituriyentlərlə şəxsən görüşüb, onlara “Prezident təqaüdü”nünverilməsi barədə qərarı dahi şəxsiyyətin təhsilə diqqətinin daha bir nümunəsidir.Azərbaycan gənclərinin forumları. Ümummilli Liderin gənclər forumunun təşkili ilə bağlı 1995-ci ildə irəli sürdüyü təşəbbüsdən sonra 1996-cı ildən başlayaraq Azərbaycan gənclərinin forumları keçirilmişdir.
– 1996-cı il fevralın 2-də keçirilən Azərbaycan Gənclərinin I Forumunda Heydər Əliyev gənclər qarşısında tarixi bir vəzifə qoymuşdur: “Hər bir Azərbaycan gənci hər şeydən çox, hər şeydən artıq müstəqil Azərbaycanın bu günü, gələcəyi haqqında düşünməlidir.
Azərbaycan gənclərinin vətənə sədaqət ruhunda tərbiyə edilməsi məsələsi Ulu Öndər Heydər Əliyevin azərbaycançılıq ideologiyasının mühüm istiqamətlərindən biridir. O, vurğulayırdı: “Azərbaycanın dövlət müstəqilliyi daimidir, əbədidir, dönməzdir, sarsılmazdır. Hər bir gənc Azərbaycanın dövlət müstəqilliyini möhkəmləndirmək, inkişaf etdirmək, yaşatmaq üçün çalışmalıdır və öz xidmətlərini göstərməlidir.”
    Gənclərin potensialının gerçəkləşməsinə, onların vətənpərvər, savadlı kadr kimi yetişməsinə, gənc ailələrin sosial təminatına yönələn tədbirləri Bu gün Ulu Öndər Heydər Əliyev yolunu inamla irəliləyən ,ölkəni parlaq qələbələrə aparan ,44 günlük vətən müharibəsinin memarı Müzəffər Ali Baş Komandan Cənab İlham Əliyevin  gənclərə olan qayğısının təcəssümü kimi qiymətləndirmək olar. Mütəmadi olaraq təkmilləşdirilən gənclər siyasəti gənc nəslin ictimai-siyasi həyatdakı rolunun artmasına, ölkənin aparıcı qüvvəsinə çevrilməsinə, bütövlükdə, kreativ gəncliyin formalaşmasına şərait yaradıb. Məhz dövlətin gənclərə dəstək və diqqət göstərməsinin nəticəsində Azərbaycan gəncliyində özünə, öz gücünə, istedadına inam hissi artıb.
Azərbaycan gənci haqlı olaraq fəxr edir ki, bu ölkənin vətəndaşıdır. Vətənə bağlılıq, Vətənə sevgi, Vətən maraqlarını, dövlət maraqlarını hər şeydən üstün tutmaq hər bir gəncin borcudur.


Reytinq: 
  • Нравится
  • 3
Son xəbərlər
bütün xəbərlər →