• 15:42 – İran və Azərbaycan arasında aviareyslərin sayı artırılacaq 
  • 15:29 – Azərbaycan əhalisinin sayı açıqlandı 
  • 15:22 – Xalq artisti Tünzalə Ağayeva 17 il sonra bu hitə YENİ NƏFƏS VERDİ - VİDEO 
  • 21:52 – Xalq artisti Tünzalə Ağayeva qotika tərzində - VİDEO - FOTOLAR 

Yeni Azərbaycan Partiyası Yardımlı rayon təşkilatı



 


Yeni Azərbaycan Partiyası Yardımlı rayon təşkilatı

XEBERTV.AZ-YARDIMLI

Azərbaycan və Gürcüstan ölkələrininin münasibətlərinin qurulması və möhkəmləndirilməsinə tarixi kontekstdən yanaşdıqda görürük ki,SSRİ dağılandan sonra hər iki ölkədə baş verən proseslər, daxili və xarici vəziyyətin oxşarlığı, geosiyasi maraqların üst-üstə düşməsi və digər amillər iki ölkə arasında isti münasibətlərinin yaranmasına gətirib çıxarmışdır.İki ölkə arasında yaranan münasibətlərin inkişafına Ulu Öndər  Heydər Əliyevin 1996-cı ildə Tbilisiyə rəsmi səfəri böyük töfhə vermişdir.Ulu Öndər Heydər Əliyevin siyasi kursunu uğurla həyata keçirən Müzəffər Ali Baş Komandan,Cənab İlham Əliyevin proqmatik və peşəkar diplomatiya bacarığı dünyanın ən aparıcı və güc dövlətlərini ölkəmizlə dostluq əlaqələrinin yüksəsk səviyyədə qurulmasına rəvac verməkdədir.
Cənab Prezident İlham Əliyev  Gürcüstanın Baş naziri İrakli Kobaxidze ilə yanvarın 17-də görüş zamanı  iki ölkə arasında olan dostluq münasibətlərinə toxunaraq bildirmişdir ki,Bizim xalqlarımız əsrlər boyu dostluq, mehriban qonşuluq, qardaşlıq şəraitində yaşamışlar. Bu ənənələr bu gün də yaşayır. Bu gün Gürcüstan-Azərbaycan əlaqələri bütün istiqamətlər üzrə uğurla inkişaf edir. Hesab edirəm ki, bizim siyasi əlaqələrimiz bütün qonşular üçün nümunə ola bilər. İqtisadi sahədə yaxşı nəticələr var. Azərbaycan Gürcüstan iqtisadiyyatına 3,6 milyard dollar sərmayə qoyub. Əlbəttə, bu onu göstərir ki, hökumətinizin uğurlu iqtisadi siyasəti, sərmayələrin cəlb edilməsi, Gürcüstanda olan çox müsbət sərmayə iqlimi bütün investorları həvəsləndirir. O cümlədən Azərbaycan investorları da böyük həvəslə Gürcüstana öz sərmayələrini qoyurlar.
Təbii ki, energetika sahəsindəki iki ölkə arasındakı əməkdaşlıq həm ölkələrimiz üçün, həm daha böyük, geniş coğrafiya üçün xüsusi əhəmiyyət daşıyır. Birgə həyata keçirdiyimiz neft-qaz layihələri bu gün bir çox ölkələrin enerji təhlükəsizliyinin əsasını təşkil edir. Təkcə onu demək kifayətdir ki, Gürcüstan tranziti vasitəsilə Azərbaycan hazırda 11 ölkəyə öz təbii qazını ixrac edir, ildən-ilə ixrac artır. Keçən il bu, 25 milyard kubmetrə çatmışdır və bunun 10 faizi - ümumi ixracımızın 10 faizi Gürcüstanın payına düşür. Mənə verilən məlumata görə, Gürcüstanın istehlak etdiyi təbii qazın 80 faizdən çoxu Azərbaycan mənşəlidir. Yəni, bu, doğrudan da çox böyük, xüsusi əhəmiyyətə malik olan layihədir və getdikcə bizim qaz ixrac coğrafiyamız genişlənəcək. Bizim yeni qaz yataqlarımız bu il işə düşəcək. Gələn il, ondan sonrakı illər üçün də yeni kəşf edilmiş yataqlar mövcuddur. Ona görə getdikcə təbii qazın ixracı artmalıdır və artacaqdır.Bununla paralel olaraq, biz sizinlə birlikdə yaşıl enerji layihələrini də həyata keçiririk. Bu da hökumətlərimizin məsuliyyətini bir daha göstərir. Çünki bu gün bu enerji də bazarda böyük maraq doğurur, buna böyük tələbat var. Bu gün mənə verilən məlumata görə, yaşıl enerji layihəsi də uğurla icra edilir. Hesab edirəm ki, bütün digər layihələr kimi, bu layihənin də uğurla başa çatması şansı böyükdür.
Bu gün, eyni zamanda, Sizinlə təkbətək söhbət əsnasında bağlantıları və Orta Dəhliz layihəsini müzakirə etdik. Bizim ölkələrimiz burada da yaxın tərəfdaşlar kimi fəaliyyət göstərirlər. Bizim müvafiq qurumlarımızın koordinasiya şəklindəki fəaliyyəti bu layihəni də əminəm ki, uğurla başa çatdıracaq. Burada, əlbəttə ki, biz bir çox qonşularla təmasda olmalıyıq və bu təmaslar var. Bu da böyük coğrafiyanı əhatə edən layihədir və yenə də Gürcüstanla Azərbaycan burada Avropa ilə Asiya arasındakı körpü rolunu uğurla oynayır.Bilirəm ki, Gürcüstanda nəqliyyat infrastrukturunun genişləndirilməsi layihəsi icra edilir. Azərbaycanda da bu layihələr icra olunur, o cümlədən nəqliyyat infrastrukturunun rəqəmsallaşdırılması layihəsi. Yəni, biz bu işləri paralel apararaq təbii ki, həm ölkələrimiz və xalqlarımız, həm də qonşularımız üçün çox əvəzolunmaz xidmətlər göstəririk.

Reytinq: 
  • Нравится
  • 1
Son xəbərlər
bütün xəbərlər →