• 20:20 – Kupman Azərbaycana gələcək 
  • 20:11 – Albaniya - Azərbaycan matçının saatı və məkanı açıqlandı 
  • 20:06 – Azərbaycanda körpə ölümlərinin əsas səbəbi nədir? 
  • 20:01 – Qalmaqallı layihənin ikinci oxunuşu: 14 deputat qovuldu 

ŞƏHİD HƏSƏNQULU QASIMOV


10 Dekabr 1992 Həsən Qorxmazın Şəhid olduğu gündür.Allah rəhmət eləsin !

Şəhid Qasımov Həsənqulu Qaçay oğlu 1969-cu il iyunun 9-da Qubadlı rayonunun Qayalı kəndində anadan olmuşdu. 1984-cü ildə Qayalı səkkizillik, 1986-cı ildə Qubadlı qəsəbə orta məktəbini bitirmişdir. 1987-ci ildə ordu sıralarına çağrılaraq 1989-cu ilə qədər Almaniya Demokratik Respublikasında xidmət etmişdir.
Almaniyadan tərxis olunduqdan sonra Azərbaycanın müdafiəsinə qalxmış və döyüş yolu Şuşadan başlamış, Laçında davam etmiş, Qubadlıda isə sona çatmışdı. Qasımov Laçın şəhəri işğal olunarkən el arasında “Qorxmazçılar” adı qazanmış taqımı ilə köməyə gəlmiş və 108 nəfəri mühasirədən çıxarmışdır. Sonra Qasımovun başçılıq etdiyi taqım Qubadlı rayonuna göndərilmişdi. O, bunda sonra ömrünün sonuna qədər Ermənistanın sərhədində yerləşən Yuxarı Cibikli kəndi və onun ətrafını müdafiə etmişdir. Bununla belə onun taqımı nümunəvi taqımlardan olduğu üçün rayonun ən qaynar nöqtələrinə köməyə də göndərilirdi.
Qasımovun son döyüşü 1992-ci ilin dekabrın 10-da Yuxarı Cibiklidə oldu. Saat təxminən altı radələrində, qəflətən güclü artilleriya hücümu başladı. O, döyüşçülərə öz mövqelərinə çəkilməyə əmr verib, özü səngərə doğru qaçdı. Həmin vaxt düşmənlərin atdığları mərmilərdən biri onun yanında partladı. Onun yanına yetirən tibb bacısının səylərinə baxmayaraq, Həsənqulu Qasımov həlak oldu. Qubadlı Şəhidlər xiyabanında dəfn edilib.
Subay idi. Qarabağ müharibəsi zamanı alnına bağladığı yaşıl lentdə Həsən Qorxmaz yazısı var idi. Şəhid olan gününə kimi lenti alnından heç açmamışdır.
Ləqəbi
Həsən Qorxmaz ləqəbini böyük bir hadisə ilə bağlı olaraq özü qəbul etmişdir. 1992-ci il mayın 18-də 100 nəfərlik dəstə ilə Laçın şəhərinə girmək istəyən Qasımova qarşı təxribat törədilmiş və güllələr komandirini qoruyan cəsur Qorxmaz Baxşıyevin sinəsini yaralamışdır. Qasımov sürücü Qorxmaz Baxşıyevlə Şuşada tanış olmuşdur. Cəsurluğu və qorxmazlığı ilə öz adını doğruldan Qasımov komandirinin həyatını öz həyatı bahasına xilas etdiyindən, ona "Qorxmaz" ləqəbi verilmişdir.

I Qarabağ döyüşlərində Şəhid olmuş Həsənqulu Qasımov (Həsən qorxmaz)




Reytinq: 
  • Нравится
  • 2
Son xəbərlər
bütün xəbərlər →