• 20:07 – Dövlət müəssisələri ilə bağlı vacib qərar 
  • 19:55 – Çin bu ölkə ilə 14 il sonra ilk dəfə hərbi təlim keçirir 
  • 19:25 – Türkiyə - Azərbaycan Arasında Mövcud Əlaqələrə Növbəti Töhfə 
  • 23:05 – Dünya okeanları təhlükə qarşısında: Qlobal ekoloji problemlər dərinləşir 

Ondan kömək istəyən ahıl kişini qarət etdi

 

Ondan kömək istəyən ahıl kişini qarət etdi

Lənkəran sakini olan ahıl kişi kömək üçün müraciət etdiyi şəxs tərəfindən cinayətə məruz qalıb.

XEBERTV.AZ  “Qafqazinfo”-ya istinadən  xəbər verir ki, ahıl şəxs Bakıda yaşayan qohumuna ödəniş terminalı vasitəsilə pul göndərmək istəyib.

Amma o, terminalın iş prinsipindən baş çıxarmadığı üçün yaxınlıqdan keçən bir nəfərdən kömək istəyib. Həmin şəxs isə 350 manatı göndərməli olduğu hesaba yox, öz bank kartına yükləyib. Zərərçəkəni də əmin edib ki, pul onun dediyi ünvana çatıb.

Polisə daxil olan müraciətdən sonra Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməkdaşları əməli törətməkdə şübhəli bilinən rayon sakini K.Əlizadəni müəyyən edərək saxlayıb.

Faktla bağlı araşdırmalar aparılır.


Reytinq: 
  • Нравится
  • 0
Son xəbərlər
bütün xəbərlər →