• 22:12 – Ərdoğan: Bu, Türkiyə iqtisadiyyatına 365 milyard lirə qazandırdı 
  • 21:45 – Ermənistanda seçici fəallığı açıqlandı 
  • 00:30 – İran qüvvələri Oman körfəzində ABŞ esminesinə hücum edib 
  • 00:26 – Tramp Türkiyəyə gedəcək 

"Qarabağ" Azərbaycan Kubokunda mütləq rekordun sahibidir






"Qarabağ" Azərbaycan Kubokunda mütləq rekordun sahibidir

"Qarabağ" Azərbaycan Kubokunda mütləq rekordun sahibidir

İndiyədək səkkiz dəfə Azərbaycan Kubokunun qalibi olan "Qarabağ" turnirin mütləq rekordunun sahibidir.

XEBERTV.AZ   xəbər verir ki, bu barədə statistikanı Peşəkar Futbol Liqasının mətbuat xidməti açıqlayıb.

Azərbaycan Kubokunun 2024/2025 mövsümünün finalında meydana çıxacaq iki komandadan yalnız biri əvvəllər mükafata sahib olub.

Qurban Qurbanovun yetirmələri həm də kubokun son qalibidir. "Qarabağ" ardıcıl 2-ci, ümumilikdə 9-cu dəfə mükafata sahib olmaq, özünün rekordunu yeniləmək əzmindədir.

Tarixində ilk dəfə final həyəcanı yaşayacaq "Sabah" isə birinci titulunu əldə etməyə köklənib. Bakı klubu qalib gəlsə, kubokun sahibi olacaq 10-cu komanda kimi tarixə düşəcək.

Qeyd edək ki, 1992-ci ildən keçirilən yarışda 9 klub qalib adına sahib çıxıb: "Qarabağ", "Neftçi", "Kəpəz", "Xəzər Lənkəran", "Bakı", "Keşlə" (indiki "Şamaxı"), "Qəbələ", "İnşaatçı", "Şəfa".





Oxu.Az

Reytinq: 
  • Нравится
  • 0
Son xəbərlər
bütün xəbərlər →