• 20:47 – QARABAĞ MÜHARİBƏ VETRANI-nın  harayına səs verəsiniz 
  • 20:37 – DYP sürücülərə müraciət ETDİ 
  • 20:31 – ABŞ bu ölkədən ordusunun bir hissəsini çıxarır 
  • 21:36 – Azərbaycan İran komandasına viza verməyib? – Rəsmi 

Karateçilərimizin Avropa çempionatındakı uğurları"



 

BAKI-XEBERTV.AZ

08-12 may 2024-cü il tarixilərində Xorvatiyanın Zadar şəhərində böyüklər arasında keçirilən karate üzrə Avropa çempionatında Azərbaycan Karate Federasiyasının karate (WKF) üzrə yığma komandası ümumilikdə 
● 1 qızıl medal ?
● 3 gümüş medal?
● 2 bürünc medal ?
qazanıb. 
Hüseyn Məmmədli -67 kq. çəki dərəcəsində bürünc medal qazanıb. (Kişilərdən ibarət yığma komandanın baş məşqçisi Şahin Atamovdur)
İsmayıl Quliyev, Rövşən Əliyev və Roman Heydərovdan ibarət kata komandası bürünc medal, eyni zamanda dünya çempionatına vəsiqə qazanıb. (Kata üzrə komandanın böyük məşqçisi İsmayıl Quliyevdir) 
Parakarateçi kişilər arasında birinci Qarabağ müharibəsi qazisi Eldar Əhmədov qızıl, Vətən müharibəsi qazisi Vidadi Xalıqov gümüş medal qazanmaqla tarixi ilkə imza atıblar. Görmə qabiliyyəti zəif qadınlar arasında Emilya Mitlinova və görmə qabiliyyəti zəif kişilər arasında Nihat Məmmədzadə fəxri kürsünün ikinci pilləsinə qalxıblar. (Parakarate üzrə yığma komandanın baş məşqçisi Rənad Əliyevdir)
Qeyd edək ki, Azərbaycan parakarateçiləri Avropa çempionatını ümumi medal hesabında ikinci pillədə başa vurub. Göstərdiyi nəticəyə görə yalnız İtaliya idmançılarından geri qalan parakarateçilərimiz ev sahibi olan Xorvatiyanı qabaqlayıb.    
Azərbaycan Karate Federasiyasının prezidenti Ülvi Quliyev uğurlu çıxışa görə idmançılarımızı təbrik edib. Avropa çempionatına yollanan heyətə rəhbərlik edən AKF-in vitse-prezidenti Rəhman Hətəmov və baş katib Qabil Sayadov federasiya prezidentinin təbrikini komanda üzvlərinə çatdırıb.


 

Billurə Hüseynova

Reytinq: 
  • Нравится
  • 0
Son xəbərlər
bütün xəbərlər →