• 20:20 – Kupman Azərbaycana gələcək 
  • 20:11 – Albaniya - Azərbaycan matçının saatı və məkanı açıqlandı 
  • 20:06 – Azərbaycanda körpə ölümlərinin əsas səbəbi nədir? 
  • 20:01 – Qalmaqallı layihənin ikinci oxunuşu: 14 deputat qovuldu 

Milli Gimnastika Arenasında güləş üzrə Avropa Olimpiya Təsnifat turniri keçirildi.


 


XEBERTV.AZ   Azərbaycan Güləş Federasiyasının məlumatına istinadən xəbər verir ki, 5-7 apreldə Milli Gimnastika Arenasında güləş üzrə Avropa Olimpiya Təsnifat turniri keçirildi. Bu yarış ilk dəfə Bakıda təşkil edildi. Ümumiyyətlə, adı çəkilən arena ilk dəfə güləş yarışına ev sahibliyi etdi.

Bütün bunlara baxmayaraq, Azərbaycan Güləş Federasiyasının digər idman təşkilatları və dövlət qurumlarının dəstəyi ilə keçirdiyi yarışın təşkilatçılığı yüksək səviyyədə qiymətləndirildi. Təsadüfi deyil ki, Dünya Güləş Birliyinin (UWW) prezidenti Nenad Laloviç federasiyamıza ünvanladığı təşəkkür məktubunda təşkilati fəaliyyətin ən yüksək səviyyədə həyata keçirildiyini, işçi və tibbi heyətin, könüllülərin maksimum həssaslıqla işinə yanaşdığını qeyd edib və Azərbaycanın gələcəkdə də nüfuzlu güləş yarışlarına ev sahibliyi edəcəyinə inandığını bildirib.

Olimpiadaya lisenziya xarakterli turnirə media nümayəndələri də böyük maraq göstərdi. Yerli jurnalistlərlərlə yanaşı, əcnəbi qələm əhli də ölkəmizə təşrif buyuraraq yarışı canlı işıqlandırdı. Ümumilikdə 100-dən artıq KİV nümayəndəsinin qeydiyyatdan keçdiyi Avropa Olimpiya Təsnifat turniri müxtəlif ölkələrdə canlı nümayiş etdirildi. 

Yarışa azarkeş marağı da böyük oldu. Xüsusən sonuncu gündə Milli Gimnastika Arenasında anşlaq yaşandı. Bu da ölkəmizdə güləşə olan sevginin bariz nümunəsidir.

Avropa Olimpiya Təsnifat turnirində 3 güləş növünün cəmində 36 idmançı Paris-2024-ə lisenziya qazandı. Bu lisenziyalardan 5-i Azərbaycanın payına düşdü. Sərbəst güləşdə 57, 65, 74, 86 və 125 kq-da Olimpiya Oyunlarına vəsiqə əldə edildi. Neytral atletlər (Rusiya və Belarus) ümumilikdə 13, Türkiyə 3, Gürcüstan, Ukrayna və Almaniya 2, Macarıstan, Polşa, Serbiya, Bolqarıstan, Moldova, Finlandiya, Fransa, Litva və Rumıniya isə 1 lisenziya əldə etdi.

Bu yarışda 74 kq-da yarımfinalda Turan Bayramov italiyalı Frank Çamizoya qalib gələrək Olimpiya lisenziyası əldə edib. Ancaq Çamizo məğlubiyyətlə barışmayaraq ağır ittiham irəli sürüb. Çamizo heç bir dəlil-sübut olmadan guya bu görüşdə məğlub olması üçün ona 300 min dollar rüşvət təklif edildiyini bildirib.

Qeyd edək ki, UWW bu görüşün hakim idarəçiliyini araşdırmağa başlayıb və yaxın günlərdə müvafiq qərar veriləcək. Eyni zamanda, bildiririk ki, Çamizo "Duty to report" qaydalarına əsasən, belə bir rüşvət təklifinin olmasıyla əlaqədar dərhal etiraz protokolunda öz qeydlərini etməliydi. İndi ya o öz iddiasını sübuta yetirməli, ya da bu iddianın əsassız olduğunu bildirməlidir.

Nəzərinizə çatdıraq ki, Azərbaycan Güləş Federasiyası hər zaman "Fair Play" ədalətli oyun prinsiplərinə sadiqdir. Biz Çamizonun bu ittihamına qarşı hüquqi addımlar atacaq və Dünya Güləş Birliyinə rəsmi qaydada müraciət edəcək.


Billurə Hüseynova 

-------------------------------------------------------------------------------------------------------------------

5-7 апреля в Баку, на Национальной гимнастической арене прошел Европейский олимпийский отборочный турнир по борьбе. Подобное соревнование впервые проходило в Баку. Стоит отметить, что гимнастическая арена впервые принимала соревнования по борьбе.
Несмотря на это, организация соревнований, проведенных Федерацией борьбы Азербайджана при поддержке других спортивных организаций и государственных структур, получила высокую оценку. 

Неслучайно президент Объединенного мира борьбы (UWW) Ненад Лалович в своем благодарственном письме в адрес нашей федерации, отметив высокий уровень организации мероприятия, подчеркнул, что сотрудники, медицинский персонал и волонтеры подошли к своей работе с максимальным вниманием. Президент UWW выразил уверенность, что в будущем Азербайджан снова станет местом проведения престижных соревнований по борьбе.

Олимпийский лицензионный турнир вызвал большой интерес у СМИ. Наряду с местными журналистами нашу страну посетили представители зарубежной прессы, освещавшие соревнования в прямом эфире. Для освещения турнира зарегистрировались более 100 представителей СМИ.

Соревнование также вызвало большой интерес среди болельщиков. Особенно в последний день соревнований, когда на Национальной гимнастической арене был аншлаг. Это - яркий показатель любви к борьбе в нашей стране.

В рамках соревнований 36 спортсменов в трех видах борьбы завоевали лицензии на Олимпийские игры-2024 в Париже. Азербайджан завоевал 5 лицензий на Олимпийские игры по вольной борьбе в весовых категориях 57, 65, 74, 86 и 125 кг. Нейтральные спортсмены (Россия и Беларусь) получили в общем 13 лицензий, Турция - 3, Грузия, Украина и Германия - по 2, Венгрия, Польша, Сербия, Болгария, Молдова, Финляндия, Франция, Литва и Румыния - по 1.

В полуфинале соревнований в весовой категории 74 кг Туран Байрамов завоевал олимпийскую лицензию, победив итальянца Фрэнка Чамизо. Не смирившись с поражением, Чамизо выдвинул серьезное обвинение: без каких-либо доказательств он стал утверждать, что за поражение в матче ему якобы предлагали взятку в размере 300 тысяч долларов США.

Важно отметить, что Объединенный мир борьбы (UWW) уже начал расследование судейства данного поединка, и ожидается, что решение будет принято в ближайшие дни. В соответствии с принципом "Duty to report", Чамизо обязан был немедленно зафиксировать в протоколе протеста факт предложения взятки. Теперь ему необходимо либо доказать свое утверждение, либо заявить о его необоснованность.

Хотелось бы особо подчеркнуть приверженность Федерации борьбы Азербайджана спортивным ценностям и принципам Fair Play. Федерация борьбы Азербайджана примет юридические меры в отношении обвинений, выдвинутых Чамизо, и официально обратится в Объединенный мир борьбы для разрешения данного вопроса.



Reytinq: 
  • Нравится
  • 0
Son xəbərlər
bütün xəbərlər →