• 19:08 – Qubada Qərbi Azərbaycan İcmasının rayon üzrə nümayəndəliyinin yeni ofisinin açılış mərasimi olub. 
  • 18:56 – Minsk qrupu niyə məhz 1 dekabrda ləğv edildi? 
  • 18:46 – MPK və Kamandan Oxatma Federasiyası əməkdaşlığı genişləndirir 
  • 19:10 – Qara dənizdə hücuma məruz qalan tanker hələ də yanır 

"Qarabağ"ın 36 səhifəlik müqavilə imzaladığı futbolçu və GİZLİ DETALLAR

 

Misli Premyer Liqasında qış "transfer pəncərəsi"nin əsas hadisəsi Aleksey İsayevin "Sabah"dan "Qarabağ"a keçməsi oldu.

XEBERTV.AZ   xəbər verir ki, "köhlən atlar" yarımmüdafiəçi üçün "bayquşlar"a 500 min dollar ödədi. Bu transferlə bağlı redaksiyamıza maraqlı informasiya daxil olub. Sən demə, bu keçid təkcə qiyməti ilə yadda qalmayıb. "Qarabağ"la Aleksey arasında 36 səhifəlik sözləşmə imzalanıb. Burada müxtəlif şərtlər yer alıb. Sazişin yalnız 2 detalı bizə bəllidir. Əsas diqqət çəkən məqam oyunçunun sərbəstqalma dəyərinin olmamasıdır. Yəni, Aleksey İsayevi hansısa klub transfer etmək istəsə, "Qarabağ"la razılaşmalıdır.

Sazişin əsas şərtlərindən biri isə "Sabah"la görüşlərdə yarımmüdafiəçinin meydana çıxmayacağıdır. Bunu da Azərbaycan Kubokunun 1/4 final mərhələsinin ilk oyunundan sonra Qurban Qurbanov ictimaiyyətə özü açıqladı.

Sazişdə futbolçunun mövsüm ərzində göstərdiyi performans görə əlavə qazanc da əldə edəcəyi qeyd olunub.


Offsideplus.az



Reytinq: 
  • Нравится
  • 0
Son xəbərlər
bütün xəbərlər →