• 20:07 – Dövlət müəssisələri ilə bağlı vacib qərar 
  • 19:55 – Çin bu ölkə ilə 14 il sonra ilk dəfə hərbi təlim keçirir 
  • 19:25 – Türkiyə - Azərbaycan Arasında Mövcud Əlaqələrə Növbəti Töhfə 
  • 23:05 – Dünya okeanları təhlükə qarşısında: Qlobal ekoloji problemlər dərinləşir 

Adam öldürməkdə şübhəli bilinən tələbə cinayət məsuliyyətinə cəlb edilib

Fevralın 8-də saat 2 radələrində 2002-ci il təvəllüdlü Əliəkbər Mərəyevin Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsili Mərkəzinin yataqxanasında ölməsinə dair Binəqədi Rayon Prokurorluğuna məlumat daxil olub.

Rayon prokurorluğundan AZƏRTAC-a bildirilib ki, ilkin araşdırma zamanı Əliəkbər Mərəyevin adı çəkilən təhsil müəssisəsinin tələbəsi, 2007-ci il təvəllüdlü otaq yoldaşı Elşad Muxtarov tərəfindən bıçaqla yetirilmiş xəsarətlərdən ölməsinə əsaslı şübhələr müəyyən edilib.

Binəqədi Rayon Prokurorluğunda CM-in 120.1 (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, Elşad Muxtarov iş üzrə şübhəli şəxs qismində tutulub.

İbtidai istintaq davam etdirilir.
Reytinq: 
Son xəbərlər
bütün xəbərlər →