• 20:59 – Gürcüstan etirazlara baxmayaraq qanunu qəbul etmək niyyətindədir 
  • 20:42 – Qubad İbadoğlu ilə bağlı yeni qərar 
  • 20:23 – ASAPES türk dövlətləri üçün yeni layihəsi ilə bir ilkə imza atır! 
  • 23:39 – “Qarabağ” Avropada 2-ci yeri bölüşdürür 

Bakıxanov qəsəbəsindəki quldurluq hadisəsi baş verib

Yanvarın 19-da saat 7 radələrində Sabunçu rayonunun Bakıxanov qəsəbəsində yerləşən parkda bir nəfərin Bakı şəhər sakini, 65 yaşlı N.Feyziyevin mobil telefonunu quldurluq yolu ilə talaması, geri istədikdə isə həmin şəxsin daşla onun sifətinə vurması barədə polisə məlumat daxil olub.

Daxili İşlər Nazirliyindən AZƏRTAC-a bildirilib ki, N.Feyziyevə xəstəxanada ilkin tibbi yardım göstərilib.

Rayon polis idarəsinin 13-cü polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində quldurluq əməlini törətməkdə şübhəli bilinən paytaxt sakini, əvvəllər məhkum olunmuş 40 yaşlı Vüqar Pirməmmədov müəyyənləşdirilərək saxlanılıb.

Hadisə ilə bağlı araşdırma aparılır.
Reytinq: 
Son xəbərlər
bütün xəbərlər →