• 21:26 – Bakıda Avropa mətbəxinin ləzzət səyahəti – III “Avropa Təamları” Kulinariya Festivalı keçirilib 
  • 19:00 – Rusiya bizə deyir ki, bunu etsəniz, qazı kəsəcəyik - Vuçiç 
  • 18:58 – ABŞ ordusu Fələstin anklavında yer almayacaq? 
  • 18:52 – Sumqayıtda Yeni Avtobus Xətləri: 

Binəqədi rayonunda çoxmərtəbəli binada partlayış baş verib

günorta saatlarında Fövqəladə Hallar Nazirliyinin (FHN) 112 qaynar telefon xəttinə paytaxtın Binəqədi rayonunun, 9-cu mikrorayon ərazisində yerləşən çoxmərtəbəli binada partlayış baş verməsi barədə məlumat daxil olub.

Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq qüvvələri çağırış üzrə cəlb olunub.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən doqquzmərtəbəli yaşayış binasının doqquzuncu mərtəbəsindəki vətəndaşa məxsus ümumi sahəsi 70 kvadratmetr olan üçotaqlı mənzildə, ilkin ehtimala görə, məişət qazının sızması nəticəsində yanğınla müşahidə olunmayan partlayışın baş verdiyi müəyyənləşdirilib. Partlayış dalğasının zərbəsindən otaqların pəncərə çərçivələri yerindən çıxıb, mənzilə ziyan dəyib, həmçinin iki qonşu mənzilin giriş qapıları çərçivəsindən çıxıb.

Hadisə nəticəsində bir nəfər xəsarət alıb.

Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən ərazidə müvafiq təhlükəsizlik tədbirləri görülüb.

Faktla bağlı araşdırma aparılır.
Reytinq: 
Son xəbərlər
bütün xəbərlər →