• 22:13 – CENTCOM Hörmüz boğazında 65 gəmini saxladı 
  • 22:02 – "Sabah" tarixinin ən bahalı transferini edir 
  • 21:58 – ABŞ Asiya ölkələri ilə təlim keçirir - Rusiya narahatdır 
  • 21:47 – "Real Madrid" Arda ilə bağlı qərarını verdi 

Ağdaşda "Azərişığ"ın əməkdaşını elektrik cərəyanı vuraraq öldürüb

“Azərişığ”ın iki əməkdaşını elektrik cərəyanı vurub.

DİN-in Mətbuat xidmətinin Şəki regional qrupundan AZƏRTAC-a bildiriblər ki, hadisə bu gün saat 15:45 radələrində qeydə alınıb.

"Azərişıq ASC"nin Ağdaş şəhəri ərazisindəki elektrik şəbəkəsinin inzibati binasının həyətyanı sahəsində təmir işləri görən əməkdaşları - 1986-cı il təvəllüdlü Elşən Mustafayev və 1983-cü il təvəllüdlü Ceyhun Nəbiyevi elektrik cərəyanı vurub.

C.Nəbiyev hadisə yerində ölüb, yanıq xəsarətləri alan E.Mustafayev xəstəxanaya yerləşdirilib.

Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin
Reytinq: 
Son xəbərlər
bütün xəbərlər →