
BAKI-XEBERTV.AZ
Azərbaycan Qlobal Şəhərsalma Gündəmində
Müasir dövrdə şəhərsalma yalnız memarlıq və infrastruktur anlayışı ilə məhdudlaşmır. Bu sahə artıq dövlətlərin iqtisadi gücünü, texnoloji inkişaf səviyyəsini və gələcəyə baxışını müəyyən edən strateji istiqamətlərdən biri hesab olunur. Bu anlayış dövlətin strateji inkişafını, milli təhlükısizliyini, sosial rifahını və gələcək nəsilər üçün dayanıqlı mühit formalaşdırmasını əhatə edən mühüm istiqamətlərdən birinə çevrilib. Dünyanın müxtəlif ölkələrindən ekspertləri, urbanistləri və beynəlxalq təşkilat nümayəndələrini bir araya gətirən Ümumdünya Şəhərsalma Forumu da məhz bu baxımdan xüsusi əhəmiyyət daşıyır.
Forum çərçivəsində dayanıqlı inkişaf, yaşıl enerji,”ağıllı şəhər”modelləri, ekoloji təhlükəsizlik və müasir urbanizasiya mövzuları geniş müzakirə edilir. Azətbaycanın bu qlobal platformalarda fəal iştirakı isə ölkənin müasir inkişaf strategiyasını və dövlətçilik konsepsiyasını beynəlxalq ictimaiyyətə təqdim etmək baxımından mühüm rol oynayır.
Son illərdə Azərbaycanda həyata keçirilən genişmiqyaslı quruculuq layihələri xüsusilə diqqət çəkir. Qarabağ və Şərqi Zəngəzurda aparılan bərpa və yenidənqurma işləri artıq beynəlxalq səviyyədə müasir şəhərsalma nümunəsi kimi qiymətləndirilir. “Ağıllı kənd” və “ağıllı şəhər”layihələrinin tətbiqi ölkənin texnoloji inkişaf imkanlarını nümayiş etdirməklə yanaşı, dövlətin gələcəyə hesablanmış siyasətini də ortaya qoyur.
Mütəxəssislərin fikrincə, şəhərsalma siyasəti milli təhlükəsizlik və sosial rifahla birbaşa bağlıdır. Müasir yaşayış məntəqələrinin qurulması, təhlükəsiz infrastrukturun yaradılması və ekoloji tarazlığın qorunması dövlətin dayanıqlı inkişaf modelinin əsas hissəsi hesab edilir. Bu baxımdan Ümumdünya Şəhərsalma Forumu yalnız peşəkar müzakirə platforması deyil, həm də ölkələrin inkişaf prioritetlərini nümayiş etdirdiyi mühüm beynəlxalq tədbirdir.
Azərbaycanın forumda təqdim etdiyi layihələr bir daha göstərir ki, ölkədə həyata keçirilən quruculuq siyasəti sadəcə tikinti prosesi deyil. Bu yanaşma milli birlik, vətənpərvərlik və güclü dövlətçilik ideologiyası ilə sıx bağlıdır. İşğaldan azad edilmiş torpaqlarda həyatın yenidən qurulması isə xalqın iradəsinin və dövlətin siyasi gücünün simvolu kimi qiymətləndirilir.
Bu gün dünyada şəhərlərin inkişafı dövlətlərin gələcəyini müəyyən edən əsas amillərdən biri sayılır. Azərbaycanın Ümumdünya Şəhərsalma Forumunda fəal təmsil olunması isə ölkənin beynəlxalq nüfuzunun artdığını və qlobal inkişaf proseslərində söz sahibi olduğunu göstərən mühüm göstəricilərdən biridir.
Billurə Hüseun