• 22:12 – KİV: “Türkiyə İsraillə bütün ticarət əlaqələrini kəsir” 
  • 21:57 – Xəzri" pley-off 'a böyük hesablı qələbə ilə start verib   
  • 21:55 – Türkiyə S-400-ləri Ukraynaya verəcək? - Açıqlama 
  • 21:43 – Aprelin 28-də "DreamLand" qolf akademiyasında Azərbaycan Qolf Federasiyasının təşkilatçılığı ilə "Lexus Tropy 2024" turniri keçirilib 

TANINMIŞ PSİXOLOQDAN NÜMUNƏVİ ADDIM





 

TANINMIŞ PSİXOLOQDAN NÜMUNƏVİ ADDIM



 


 

ASTARA MƏKTƏBİNİN MƏŞHUR PSİXOLOQUNDAN NÜMUNƏVİ ADDIM

 

Astara şəhər 4 saylı tam orta məktəbin psixoloqu, maraqlı və nümunəvi bir təşəbbüslə çıxış edərək, sınaq imatahanlarında yüksək bal toplayan şagirdləri xüsusi fərqləndirib. Məktəbin 11-ci sinif şagirdləri Aynur Əliyeva və Gülbadam Cümşüdova psixoloq tərəfindən mükafatlandırılıb.

Yunis Dürüst ləqəbiylə tanınan psixoloq Daşqın Əliyev, bu addımla, həm çalışqanlığı, zəhmətkeşliyi stimullaşdırmağa, həm də məktəb rəhbərliyinin şagirdlərə laqeydliyini kompensasiya etməyə çalışıb.

Belə ki, yüksək bal toplayan Aynur Əliyevanın, məhz rəhbərliyin haqsız və laqeyd münasibəti nəticəsində, keçən ildən məktəblə əlaqəsi “qopub”. Bu tədris ilindən psixoloqluğa yenidən davam edən Daşqın Əliyev onu məktəbə qaytarmağa nail olub və direktor Rəna Hüseynovanın və “zavuç” Nigar Novruzovanın səhvlərini düzəldib. Psixoloq, stimullaşdırıcı addımlardan biri kimi, uğurlu abituriyentlərə, maraqlı və anlamlı bir hədiyyə-smart saat hədiyyə edib və vaxtın önəmini vurğulayıb.

Psixoloq, əminliyini bildirib ki, 500 bal civarında nəticə göstərən hər iki abituriyent, qəbul imatahanında da uğur qazanaraq, ali məktəbə daxil olacaqlar. Daşqın müəllim onu da əlavə edib ki, ən böyük hədiyyəni, məhz həyatın özü, çalışqan şagirdlərə verəcəkdir.

P.S. Ümid edirik ki, psixoloqun bu addımı, həm Astara şəhər 4 saylı tam orta məktəb rəhbərliyi, həm də digər məktəb rəhbərləri üçün nümunəvi və öyrədici olacaqdır. İnanmaq istəyirik ki, bundan sonra məktəblərimiz, şagirdlərə, yalnız ali məktəbə  daxil olanda yox, abituriyentlik zamanında da önəm verəcəklər. Hər hada, bir direktor üçün, abituriyentin qəbul imtahanında topladığı baldan əvvəl, onun uğur hekayəsi, keçdiyi yol, həyatı maraqlı olmalıdır.

Təəssüf ki, məktəblərimizdəki hazırki vəziyyət, daha çox “əkəndə yox, biçəndə yox, yeyəndə ortaq qardaş” məsəlini xatırladır...


Reytinq: 
  • Нравится
  • 0
Son xəbərlər
bütün xəbərlər →