• 19:08 – Qubada Qərbi Azərbaycan İcmasının rayon üzrə nümayəndəliyinin yeni ofisinin açılış mərasimi olub. 
  • 18:56 – Minsk qrupu niyə məhz 1 dekabrda ləğv edildi? 
  • 18:46 – MPK və Kamandan Oxatma Federasiyası əməkdaşlığı genişləndirir 
  • 19:10 – Qara dənizdə hücuma məruz qalan tanker hələ də yanır 

Qubada Qərbi Azərbaycan İcmasının rayon üzrə nümayəndəliyinin yeni ofisinin açılış mərasimi olub.

BAKI-XEBERTV.AZ

Qubada Qərbi Azərbaycan İcmasının rayon üzrə nümayəndəliyinin yeni ofisinin açılış mərasimi olub.

30 noyabr 2025-ci il tarixdə Qərbi Azərbaycan İcmasının Quba rayonu üzrə nümayəndəliyinin yeni ofisinin açılış mərasimi olmuşdur. Tədbirdə Quba Rayon İcra Hakimiyyətinin başçısı İlqar Mahmudov, Qərbi Azərbaycan İcması İdarə heyətinin sədri, Milli Məclisin deputatı Əziz Ələkbərli, Millət vəkilləri - Hikmət Babaoğlu, Məlahət İbrahimqızı, Əlibala Məhərəmzadə, Müşviq Məmmədli, Şahin İsmayılov, Günay Ağamalı, Quba Rayon İcra Hakimiyyətinin və Qərbi Azərbaycan İcmasının məsul şəxsləri, respublikamızın bir sıra tanınmış görkəmli elm xadimləri, Qərbi Azərbaycan İcmasının üzvləri və rayon ictimaiyyətinin nümayəndələri iştirak etmişdir.
Tədbirdən əvvəl Quba şəhərinin Heydər Əliyev adına Mədəniyyət və İstirahət parkında Ulu Öndərimizin abidəsi ziyarət edilmiş, sonra Qərbi Azərbaycan İcmasının Quba rayonu üzrə nümayəndəliyinin yeni ofisinin açılış mərasimi olunmuşdur.
Tədbirdə çıxış edənlər bildirmişdir ki, ömrünü Azərbaycana xidmətə həsr etmiş görkəmli siyasətçi və dövlət xadimi, Ümummilli Lider Heydər Əliyev Azərbaycan ərazilərinin Ermənistana verilməsi, azərbaycanlıların oradan zorla qovulmasına dair tarixi faktları və azərbaycanlı qaçqınların geriyə qayıtmaq hüququ məsələsini ən mötəbər beynəlxalq platformalarda dilə gətirmiş, Azərbaycan xalqının Qərbi Azərbaycanda üzləşdiyi faciələrin sona qədər öyrənilməsinin labudlüyünü bir sıra Fərmanları ilə təsdiqləmişdir. Qərbi Azərbaycandakı soydaşlarımıza qarşı beynəlxalq hüquqa zidd əməllərin cəzasız qalmasından ilhamlanan Ermənistan 30 ildən çox müddətə Azərbaycan torpaqlarını işğal altında saxlamış, azərbaycanlılara qarşı yalnız etnik təmizləmə siyasəti həyata keçirməmiş, eyni zamanda, soydaşlarımıza məxsus maddi-mədəni irsin yer üzündən tamamilə silinməsinə yönəlik vandalizm aktları da törətmişlər. Hazırda Ermənistan ərazisindən zorla çıxarılmış soydaşlarımızın beynəlxalq proses çərçivəsində təhlükəsiz və ləyaqətli şəkildə öz doğma torpaqlarına geriyə qayıtmaları, onların fundamental hüquqlarının bərpa və təmin edilməsi dövlətimizin başçısı cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin prioritetləri sırasındadır.



Reytinq: 
  • Нравится
  • 0
Son xəbərlər
bütün xəbərlər →