• 20:59 – Gürcüstan etirazlara baxmayaraq qanunu qəbul etmək niyyətindədir 
  • 20:42 – Qubad İbadoğlu ilə bağlı yeni qərar 
  • 20:23 – ASAPES türk dövlətləri üçün yeni layihəsi ilə bir ilkə imza atır! 
  • 23:39 – “Qarabağ” Avropada 2-ci yeri bölüşdürür 

Ermənilərin bu sözündən bezmişəm - Zaxarova

Ermənilərin bu sözündən bezmişəm - Zaxarova


Ermənistanın bəzi nümayəndələrinin bu “şifahi balanslaşdırma aktı” hərəkətindən bezmişəm. Doğrudan da, bu, sadəcə olaraq layiq deyil. Biz həqiqəti deməliyik.

XEBERTV.AZ xəbər verir ki, bu sözləri Rusiya XİN sözçüsü Mariya Zaxarova Ermənistanın BCM-nin Roma Əsasnaməsini ratifikasiya etməsinə münasibət bildirərkən Rusiya tərəfinə nizamnaməyə uyğun olaraq təqdim olunan təkliflər haqda qeyd edib.

“İkitərəfli məsləhətləşmələr zamanı Rusiya tərəfi Roma Statutunu ratifikasiya etmədən BCM-in mexanizmlərindən istifadə yolu ilə bağlı müvafiq təkliflər irəli sürüb - belə bir təcrübə mövcuddur. Təəssüf ki, bütün xəbərdarlıqlara baxmayaraq, təklif etdiyimiz kompromis həll yollarına məhəl qoyulmadı, xüsusən də BCM vasitəsilə və ya BMC-dən istifadə etməklə həyata keçirilən bu antirusiya siyasəti fonunda. Bunu Qərb bizim ölkə rəhbərliyinə və məmurlara münasibətdə ortaya atıb. İrəvan da sırf siyasi səbəblərdən Roma Statutunu ratifikasiya etmək qərarına gəlib”, - Zaxarova deyib.

Onun sözlərinə görə, əgər İrəvan öz əli ilə yaradılmış problemlərin həllində maraqlı olarsa, bunun üçün Ermənistan hüquq sistemi çərçivəsində imkanlar var:

“Həmçinin ölkəmizin xarici işlər nazirinin müavini cənab Qaluzin noyabrın 9-da bütün bunlara münasibət bildirib. Nəzərinizə çatdırım ki, müsahibə RBC-də yayımlanıb.

Xüsusilə, o, dedi - sitat gətirirəm: “Biz Ermənistanın belə bir addımdan çəkinəcəyini gözləyirdik. Eyni BMC qaydaları imkan verir ki, hətta Roma Əsasnaməsini ratifikasiya etmədən də bu məhkəmənin xidmətlərinə müraciət etmək olar. Bu paradiqmada mən Ermənistanın təklifini ciddi qəbul etmək imkanını görmürəm”. Sitatın sonu”.

Axar.az 

Reytinq: 
  • Нравится
  • 0
Son xəbərlər
bütün xəbərlər →