• 20:59 – Gürcüstan etirazlara baxmayaraq qanunu qəbul etmək niyyətindədir 
  • 20:42 – Qubad İbadoğlu ilə bağlı yeni qərar 
  • 20:23 – ASAPES türk dövlətləri üçün yeni layihəsi ilə bir ilkə imza atır! 
  • 23:39 – “Qarabağ” Avropada 2-ci yeri bölüşdürür 

Fahrettin Koca: Zəlzələdə yaralanan insanlardan 21 min 859-nun müalicəsi davam edir

Zəlzələdə yaralanan insanlardan 21 min 859 nəfərin müalicəsi xəstəxanalarda davam edir, 13 min 612 xəstə isə evə buraxılıb.

AZƏRTAC “TRT Haber”ə istinadla xəbər verir ki, bunu Türkiyənin səhiyyə naziri Fahrettin Koca Təbii Fəlakət və Fövqəladə Hallar Agentliyinin (AFAD) Hataydakı Koordinasiya Mərkəzində çıxışı zamanı söyləyib. Nazir bölgədə və digər vilayətlərdə sağlamlıq baxımından heç bir problem olmadığını, həmçinin epidemiya təhlükəsinin olmadığını vurğulayıb. O, qeyd edib ki, zəlzələ başlayan gündən indiyədək 10 min 601 cərrahi əməliyyat aparılıb.

Xatırladaq ki, fevralın 6-da yerli vaxtla saat 04:17-də Türkiyənin Kahramanmaraş vilayətinin Pazarcık rayonunda 7,7 bal, saat 13:24-də isə Elbistan rayonunda 7,6 bal gücündə iki zəlzələ baş verib. Dərinliyi 7 kilometr olan zəlzələ 10 vilayətdə ciddi dağıntılara səbəb olub. Zəlzələdən zərər çəkmiş 10 vilayətdə üç ay müddətinə fövqəladə vəziyyət rejimi elan olunub.

Zəlzələdə ölənlərin sayı 40 min 642 nəfərə çatıb.
Reytinq: 
Son xəbərlər
bütün xəbərlər →