• 21:29 – Göygöldə çağırışa gedən təcili tibbi yardım briqadası təzyiqə məruz qalıb 
  • 20:45 – Azərbaycan Prezidenti Qarabağın bərpasına köməyinə görə Özbəkistana minnətdarlıq edib. 
  • 20:38 – Azərbaycanda şəxsiyyət vəsiqələri dəyişəcək 
  • 20:32 – Peterburqda azərbaycanlılara da təsir edəcək – Sərəncam 

Dünya Bankı Türkiyəyə yardım üçün 1,78 milyard dollar ayırıb

Dünya Bankı dağıdıcı zəlzələlərdən sonra Türkiyəyə yardım və bərpa üçün 1,78 milyard dollar ayırmağa qərar verib.

AZƏRTAC xəbər verir ki, bu barədə bankın bəyanatında bildirilib.

"Dünya Bankı Türkiyənin cənub-şərqində və onun ətrafında böyük insan itkisi, xəsarət alma və geniş dağıntılara səbəb olan dağıdıcı zəlzələ və afterşoklardan sonra xilasetmə və bərpa işlərinə 1,78 milyard dollar ayırdığını açıqlayır”, - məlumatda deyilir.

Qeyd edək ki, fevralın 6-da Türkiyənin cənub-şərqindəki Kahramanmaraş vilayətində 7,7 bal gücündə zəlzələ baş verib. Yeraltı təkanlar Suriya da daxil olmaqla, ölkənin 10 əyalətində və qonşu dövlətlərdə hiss olunub. Son məlumatlara görə, Türkiyədə 17 mindən çox insan ölüb, 70 mindən çox insan yaralanıb.

Suriyada ölkənin qərbində və şimal-qərbində yerləşən Hələb, Latakiya, Tartus və Həma əyalətlərində də böyük dağıntılar qeydə alınıb. Bu ölkənin Səhiyyə Nazirliyinin məlumatına görə, indiyədək 1,3 mindən çox insan zəlzələnin qurbanı olub, xəsarət alanların sayı isə 2,2 mini ötüb.
Reytinq: 
Son xəbərlər
bütün xəbərlər →