• 20:02 – Dövlət büdcəsinin gəlirləri açıqlandı 
  • 19:48 – Messi 17-ci dəfə "Qızıl top"a namizəd göstərildi 
  • 19:44 – Bakı ilə sülh üçün Vaşinqtonda Paşinyana nə veriblər? 
  • 19:40 – Rusiya kosmosda nüvə partlayışı törədərsə... - Ssenari 

Münxendə Ukraynaya alman tanklarının verilməsinə qarşı kütləvi nümayiş keçirilib

Almaniyanın Bavariya federal əyalətində (Münxendı) Ukraynaya alman tanklarının və silahlarının verilməsinə qarşı nümayiş keçirilib.

AZƏRTAC xəbər verir ki, “Muenchen steht auf” hərəkatı tərəfindən təşkil olunan aksiyada yüzlərlə şəhər sakini iştirak edib.

Onlar Münxenin mərkəzi meydanına toplaşaraq sülhə çağıran və Ukraynaya tankların verilməsini pisləyən şüarların əks olunduğu plakatlar qaldırıblar.

Etirazçılar Ukraynada “silahsız sülh”ün bərqərar olmasını və “müharibənin digər forması olan iqtisadi müharibənin bitməsi”ni tələb ediblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Reytinq: 
Son xəbərlər
bütün xəbərlər →