• 22:13 – Qəbul imtahanının nəticələri açıqlandı 
  • 21:49 – İranın keçmiş prezidenti od püskürdü: "Ölkə parçalana bilər" 
  • 21:45 – 1194 nəfər imtahanda iştirak etmədi, 16-ı xaric olundu 
  • 21:37 – Makronun qərarı Fransa birjasını çökdürdü 

Səudiyyə Ərəbistanı Çinlə 29 milyard dollar dəyərində investisiya sazişləri imzalayacaq

Bu gün Çin Xalq Respublikasının sədri Si Cinpinin Səudiyyə Ərəbistanına üçgünlük rəsmi səfəri başlayır. AZƏRTAC Saudi Press agentliyinə istinadla xəbər verir ki, səfər çərçivəsində iki ölkə arasında 29 milyard dollar dəyərində 20 investisiya sazişinin imzalanması gözlənilir.

Si Cinpinin Səudiyyə Ərəbistanının Kralı Salman bin Əbdüləziz və vəliəhd Məhəmməd bin Salmanla təkbətək və geniş tərkibdə görüşlərində iki ölkə arasında strateji tərəfdaşlığa dair sənədin imzalanması da nəzərdə tutulub. Ər-Riyad Çinin “Bir kəmər, bir yol” təşəbbüsündə daha fəal iştirak etmək niyyətini də açıqlayıb.

Səudiyyə Ərəbistanı ilə Çin arasında iqtisadi əməkdaşlıq sürətlə inkişaf edir. Belə ki, ötən il qarşılıqlı investisiyaların həcmi 27 milyard dollara çatıb. Bu, Çinin ərəb ölkələrinə qoyduğu sərmayələrin 20,3 faizi deməkdir. Ümumilikdə isə Çinin 2005-2021-ci illərdə ərəb ölkələrində investisiyalarının həcmi 169,9 milyard dollara çatıb.
Reytinq: 
Son xəbərlər
bütün xəbərlər →