• 20:24 – Ukraynada cəbhə xətti "DONDURULDU" - Hər şey hədəfə çevrilə bilər 
  • 20:04 – ABŞ-da 22 milyon əhaliyə xəbərdarlıq edildi 
  • 19:58 – Ukrayna Azərbaycan qazını öz anbarlarında saxlamaq istəyir 
  • 23:14 – Azərbaycan və Ermənistan liderlərinin Əbu-Dabi görüşü nə vəd edir? 

Bu xanım Trampın Nobelə namizədliyini İRƏLİ SÜRDÜ


Bu xanım Trampın Nobelə namizədliyini İRƏLİ SÜRDÜ

Respublikaçı konqresmen Buddi Karter İsrail və İran arasında münaqişənin həllinə görə ABŞ Prezidenti Donald Trampın Nobel mükafatına namizədliyini irəli sürməyi təklif edib.

XEBERTV.AZ  xəbər verir ki, bu barədə "Fox News" məlumat yayıb.

Qeyd olunub ki, Karter Nobel Mükafatı Komitəsinə yazdığı məktubda Trampın “İsrail və İran arasında silahlı münaqişənin sona çatmasında və dünyanın ən böyük terror sponsoru dövlətinin planetin ən öldürücü silahını əldə etməsinin qarşısını almaqda” müstəsna və tarixi rol oynadığını bildirib.

Xatırladaq ki, iyunun 22-nə keçən gecə ABŞ Prezidenti Donald Tramp ABŞ Hərbi Hava Qüvvələrinin İranın üç nüvə obyektinə hücum etdiyini açıqlayıb. Onun sözlərinə görə, İranın əsas uranın zənginləşdirilməsi obyektləri “tamamilə və bütövlükdə məhv edilib”.

İki gün sonra Tramp İran və İsrailin atəşkəs barədə razılığa gəldiyini açıqlayıb. Onun sözlərinə görə, atəşkəs qüvvəyə mindikdən sonra dünya "12 günlük müharibənin rəsmi başa çatmasını" alqışlayacaq. Daha sonra Trampın İran və İsrail arasında atəşkəsin pozulmasından qəzəbləndiyi bildirilir.




Publika.az

Reytinq: 
  • Нравится
  • 0
Son xəbərlər
bütün xəbərlər →