• 22:44 – Zelenski Makronla danışdı: "Miraj"lar tezliklə çatdırılacaq! 
  • 22:35 – "Buran"ı Rusiyaya verməyən iş adamı axtarışa verildi 
  • 20:45 – ABŞ yeni ballistik raketləri sınaqdan keçirib 
  • 20:41 – Mourinyo Ronaldonu "Fənərbağça"ya dəvət etdi 

Sərdar Ortac, Mehmet Əli Ərbil, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi




 



Sərdar Ortac, Mehmet Əli Ərbil, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi

            Xəbər verildiyi kimi qardaş Türkiyədə qanunsuz qumar və mərc oyunları ilə bağlı hüquq-mühafizə orqnaları tərəfindən əməliyyat keçirilib. Əməliyyat nəticəsində 20 nəfər saxlanılıb.

Bildirilib ki, saxlanılan şəxslər arasında məşhur müğənni Sərdar Ortaç və şoumen Məhmət Əli Ərbil də var.

Bəs ölkəmizdə bununla bağlı vəziyyət necədir?

Ötən günlərdə mediada Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriyada İdarə Heyətinin sədri Elnur Novruz oğlu Səfərlinin təşəbbüsü ilə 25 oktyabr 2024-cü il tarixdə, iş saatlarında uduş fondu 300-100 manat arası nərd oyunlarının təşkili ilə bağlı xəbər yayılmışdı.

Xəbəri dəqiqləşdirmək məqsədilə apardığımız jurnalist araşdırması nəticəsində əməkdaşlarımız bununla bağlı bir sıra videogörüntülər də əldə etdi.

Həmin görüntülər nəticəsində vətəndaşların niyə Əmək və Əhalinin Sosial Müdafəsi Nazirliyinin “142” Çağrı mərkəzinə düşməkdə çətinlik çəkdikləri, qazilərimizin niyə əlilliyin müayinəsi üçün aylarla növbədə gözlədikləri məlum olur.

Həmçinin, bir sıra media orqanlarında işsizlikdən sığorta fondu hesabına maliyyələşən publik hüquqi şəxs Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriyanın ötən ili də ziyanla başa vurduğu bildirilir. Halbuki, publik hüquqi şəxslər haqqında qanunvericiliyə əsasən publik hüquqi şəxslər dövlət və bələdiyyə adından yaradılan, ümumdövlət və (və ya) ictimai əhəmiyyət daşıyan fəaliyyətlə məşğul olan, dövlət və ya bələdiyyə orqanı olmayan təşkilatdır, onların sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq səlahiyyəti vardır ki, bu da onların yarandıqdan qısa müddət sonra özünümaliyyələşdirən təsərrüfat subyektinə çevrilməsinə hesablanıb.

Lakin buna baxmayaraq Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya Elnur Səfərlinin rəhbərliyi altında nəinki özünümaliyyələşdirən quruma çevrilə bilməyib, hətta ziyana işləməkdə davam etməklə həm dövlət üçün, həm də işsizlikdən sığorta vəsaiti ödəyən işçilər və işəgötürənlər üçün əlavə maliyyə yükünə çevrilib.

Hazırki görüntülər fonunda bunun səbəblərini müəyyən etmək o qədər də mürəkkəb hesablamalar tələb etmir.

Məlumata görə Milli Observatoriya əmək bazarı və sosial müdafiə sahələrində mövcud vəziyyətin qiymətləndirilməsini, inkişaf meyillərinin öyrənilməsini və monitorinqləri həyata keçirən, bu sahələrdə səmərəli idarəetmə qərarlarının qəbul edilməsi məqsədilə təhlil və proqnozlar hazırlayan publik hüquqi şəxs kimi yaradılsa da qeyd olunan məsələlər ona rəhbərlik edən Elnur Səfərlinin bilik dairəsi xaricində olduğundan sonuncu quruma rəhbərlik etdiyi dövrdə bu sahələrdə ixtisaslaşmış peşəkar mütəxəssisləri intriqa, toksik iş mühiti, inzibati təzyiqlər və bu kimi müxtəlif üsullarla qurumdan kənarlaşdırmış, nəticədə qurum “qumar kontoru”na çevrilmişdir. Əfsuslar olsun ki, belə kadrları yerliçilik, tanışlıq, dostluq, maddi maraq və s. prinsiplərlə rəhbərliyə yaxın şəxslər əvəz etmişdir.

Qeyd olunan sahələrdə tam təsadüfi şəxs olan Elnur Səfərlinin həmyerlisi Nazirliyin Strateji planlaşdırma şöbəsinin müdir müavini Rəşad Zalovun və həmin şöbənin sabiq müdiri, Dövlət Məşğulluq Agentliyinin hazırki rəhbəri, onunla eyni zonadan olan Sadiq Əliyevin himayəsi ilə mənşəyi bizə məlum olmayan maraqlar nəticəsində bu quruma rəhbər təyin olunduğu bildirilir.

Mövzunu davam etdirəcəyik.

https://xeberciniz.biz/2024/11/12/s%c9%99rdar-ortac-mehmet-eli-erbil-eesmn/



Reytinq: 
  • Нравится
  • 0
Son xəbərlər
bütün xəbərlər →