• 19:45 – SEPAH Yaxın Şərqdəki ABŞ bazalarına qarşı yeni hücum dalğası başladıb 
  • 19:39 – İranda qızlar məktəbi vuruldu: 70 ölü, 90 yaralı 
  • 23:57 – Qazaxıstan İrandakı vətəndaşlarına çağırış etdi 
  • 23:50 – Pentaqon rəhbəri yadplanetlilərin varlığından danışdı - “Görərik” 

Gürcüstan DİN narkotiklə əlaqədar 58 nəfəri saxlayıb

Gürcüstan Daxili İşlər Nazirliyi martın 30-da ölkənin müxtəlif bölgələrində narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri çərçivəsində əməliyyat keçirib.

AZƏRTAC xəbər verir ki, bu barədə Gürcüstan DİN məlumat yayıb.

Bildirilir ki, əməliyyat tədbirləri nəticəsində 58 nəfər saxlanılıb, onların da 31-i narkotik alverçisidir.

Saxlanılan şəxslər narkotik vasitələrin internet üzərindən alış-satışı, saxlanılması və daşınması işlərini həyata keçiriblər.

Həmin şəxslərdən xeyli miqdarda narkotik maddələr, tərəzi və digər əyani vasitələr götürülüb.
Reytinq: 
Son xəbərlər
bütün xəbərlər →