• 22:54 – Baqrat İrəvanda XAL İTİRDİ: Azərbaycanla sərhədə qayıdır 
  • 22:47 – Ən yüksək nəticəni bu məktəbin məzunu göstərdi 
  • 22:43 – Əgər bu ölkə Ukraynaya silah ötürsə… - Putin 
  • 21:05 – Ermənistana ordu göndərilməsi üçün Makrona müraciət edildi 

İranda prezidentliyə əsas namizədlərin adları AÇIQLANDI


İranda prezidentliyə əsas namizədlərin adları AÇIQLANDI
05 İYUN, 2024 / BAKI-XEBERTV.AZ

İranda prezidentliyə əsas namizədlərin adları AÇIQLANDI

İran parlamentinin hazırkı sədri Məhəmməd Baqir Qalibaf, ali liderin İran Təhlükəsizlik Şurasındakı nümayəndəsi Səid Cəlili və parlamentin keçmiş sədri Əli Laricani İranda keçiriləcək növbədənkənar prezident seçkisində əsas namizədlər hesab edilirlər.

Bu fikir İranın "Tehran Tayms" qəzetindəki məqalədə qeyd edilir.

Məhəmməd Baqir Qalibafın 62 yaşı var. Mühafizəkar siyasətçi İran-İraq müharibəsinin (1980-1988) veteranıdır. O, 12 il Tehranın meri olub və üç dəfə prezidentlik yarışında iştirak edib (2005-ci ildə dördüncü, 2013-cü ildə ikinci yeri tutub). 2017-ci ildə o, mərhum İran prezidenti İbrahim Rəisinin xeyrinə namizədliyini geri götürüb. 2020-ci ildə Qalibaf Məclisin sədri seçilib və bu vəzifəni hələ də icra edir.

59 yaşlı Səid Cəlili də mühafizəkarlardandır və eyni zamanda İran-İraq müharibəsinin veteranıdır. O, iki dəfə prezidentliyə namizəd olub. 2013-cü ildə üçüncü yeri tutub, 2021-ci ildə isə Rəisinin xeyrinə namizədliyini geri götürüb. İndi o, İran Milli Təhlükəsizlik Şurasında ali lider Ayətullah Əli Xameneyini təmsil edir. Bundan əvvəl Cəlili Xamneyinin aparat rəhbəri və xarici işlər nazirinin müavini vəzifələrində çalışıb. Qərbə qarşı sərt siyasəti ilə yadda qalan prezident Mahmud Əhmədinejadın dövründə Cəlili Təhlükəsizlik Şurasının katibi və eyni zamanda İranın nüvə proqramı üzrə Tehranın baş müzakirəçisi olub.

Əli Laricaninin 66 yaşı var. O, mötədil cinahı təmsil edir. Siyasətçi 2008-2020-ci illərdə parlamentin sədri olub, bundan əvvəl İran Təhlükəsizlik Şurasının katibi və Siyasi Uyğunluğun Müəyyənləşdirilməsi Şurasının üzvü olub. 2005-ci il prezident seçkisində iştirak edib. 2021-ci ildə prezident seçkisində iştirak etmək üçün qeydiyyatdan keçib, lakin Konstitusiyanın Mühafizəçiləri Şurası onun namizədliyini rədd edib. Laricaninin budəfəki iştirakına icazə verilə bilər.

Qeyd edək ki, İranın seçki komissiyası 278 nəfərdən cəmi 80 siyasətçinin sənədlərini qəbul edib. Onların işlərinə daha 7-10 gün ərzində Konstitusiyanın Mühafizə Şurasında baxılacaq. İştirakçıların yekun siyahısı 11-13 iyun tarixlərində açıqlanacaq. Növbədənkənar seçki isə iyunun 28-də keçiriləcək.

Mənbə: TASS



Reytinq: 
  • Нравится
  • 0
Son xəbərlər
bütün xəbərlər →