• 21:51 – Rəisinin helikopterinin qəzası ilə bağlı ABŞ-dan açıqlama 
  • 20:05 – KİV: Xamenei Təhlükəsizlik Şurasının iclasını keçirib 
  • 20:01 – İlham Əliyev: "Helikopterin qəza enişi barədə xəbər bizi ciddi narahat etdi" 
  • 19:56 – Yeni Kaledoniyada etiraz aksiyalarında ölənlərin sayı 6 nəfərə çatıb, məktəblər bağlandı 

İsrail ordusu anklavın dərinliyinə doğru İRƏLİLƏDİ




 

İsrail ordusu anklavın dərinliyinə doğru İRƏLİLƏDİ

BAKI-XEBERTV.AZ

İsrail Müdafiə Qüvvələri (IDF) Qəzza zolağına şimal-qərbdən və şərqdən Qəzza şəhərinin cənubuna doğru təxminən dörd mil irəliləyib..

Bu barədə "Washington Post" (WP) Amerikanın "Planet Labs" şirkətinin peyk şəklinə istinadla yazır.

Yayımlanan görüntüyə görə, İsrail tankları və zirehli texnikasının Əl-Şati qaçqın düşərgəsi yaxınlığındakı əraziyə çatdığı güman edilir.

Eyni zamanda, Qəzzanın şərqindən cənuba doğru hərəkət edən İDF qoşunları da anklavın içinə təxminən dörd mil irəliləyərək, şəhəri cənubdan effektiv şəkildə kəsib.

Daha əvvəl İsrail ordusunun sözçüsü briqada generalı Daniel Haqari bildirib ki, İsrailin şimal sərhədi həm müdafiə, həm də hücum üçün yaxşı hazırlanıb.

Daha əvvəl bildirilmişdi ki, İDF Qəzza zolağının dəniz boyu uzanan zolağını iki hissəyə bölməyi planlaşdırır. İDF quru əməliyyatı başlayandan bəri İsrail ordusu üç cəbhədə irəliləyib.

Publika.az 


Reytinq: 
  • Нравится
  • 0
Son xəbərlər
bütün xəbərlər →