• 15:35 – Küləkli hava ilə bağlı xəbərdarlıq edildi 
  • 22:50 – Putin Bişkekdə Ərdoğan və Pezeşkianla görüşəcək 
  • 22:37 – Yeni ittifaq: Bu saziş regionun xəritəsini dəyişəcək 
  • 22:32 – Xamenei müraciət yaydı: Pezeşkian dərhal sonra... 

Tarixdə ilk: İsrail və Liviya nazirləri görüşdü


Tarixdə ilk: İsrail və Liviya nazirləri görüşdü


İtaliyada İsrail və Liviya xarici işlər nazirlərinin tarixdə ilk görüşü keçirilib, tərəflər ölkələr arasında əməkdaşlıq imkanlarını və Liviya yəhudilərinin irsinin qorunmasını müzakirə ediblər.

 XEBERTV.AZ xəbər verir ki, bu barədə İsrail Xarici İşlər Nazirliyi məlumat yayıb.

"İsrail və Liviya xarici işlər nazirləri arasında tarixi görüş olub. Xarici işlər naziri Eli Kohen İtaliyada Liviyanın xarici işlər naziri Nəclə Məhəmməd əl-Manquş ilə görüşüb. Bu, ölkələr arasında əməkdaşlıq və əlaqələrin imkanlarını araşdırmaq, Liviya yəhudilərinin irsini qorumaq məqsədilə iki ölkənin xarici işlər nazirlərinin ilk görüşüdür”, - məlumatda deyilir.

Qeyd edək ki, Liviya ilə İsrail arasında heç vaxt diplomatik əlaqələr olmayıb.

Axar.az

Reytinq: 
  • Нравится
  • 0
Son xəbərlər
bütün xəbərlər →