• 21:35 – "Qarabağ" Antalyada Polşa klubu üzərində qələbə qazanıb 
  • 21:20 – Sabah Bakıya qar yağacaq 
  • 21:17 – Putin Pezeşkianla da danışdı: Vəziyyət son dərəcə gərgindir... 
  • 19:05 – İki plan var: ABŞ yaxın saatlarda İranı vuracaq - Rejimin taleyi necə olacaq? 

AQTİ hüquq istiqaməti üzrə vakant yerlərə işçi qəbulu elan edir

Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu hüquq istiqaməti üzrə müvafiq ixtisasa yiyələnmiş ali təhsilli mütəxəssisləri əməkdaşlığa dəvət edir.

İnstitutun İctimaiyyətlə əlaqələr və maarifləndirmə departamentindən AZƏRTAC-a verilən məlumata görə, işə qəbul üçün hüquqşünaslıq ixtisası üzrə ali təhsil almış və norma yaratma sahəsində 1 il iş təcrübəsinə malik olan şəxslər müraciət edə bilərlər.

Namizədlərdən özləri barədə məlumatlara dair anket formasını (CV) mövzu yerinə "Hüquqşünas" yazaraq 2023-cü il martın 1-dək ali.nasir@afsa.gov.az ünvanına göndərmək xahiş olunur.
Reytinq: 
Son xəbərlər
bütün xəbərlər →