• 00:30 – İran qüvvələri Oman körfəzində ABŞ esminesinə hücum edib 
  • 00:20 – Yamal zirvədə, Arda Güler 2-ci yerdə 
  • 00:18 – İrəvan bu dəyişiklikləri etməsə... - Dəmirtürk 
  • 00:13 – Dünya çenpionu Avropa çenpionunu yarım finalda məğlub etdi 

AQTİ mütəxəssisləri işə dəvət edir

Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu (AQTİ) Bakı şəhəri üzrə qida təhlükəsizliyi, baytarlıq və fitosanitar sahələrdə çalışmaq istəyən, müvafiq ixtisasa yiyələnmiş ali təhsilli mütəxəssisləri əməkdaşlığa dəvət edir.

İnstitutun İctimaiyyətlə əlaqələr və maarifləndirmə departamentindən AZƏRTAC-a verilən məlumata görə, işə qəbul üçün Bakıda yaşayan, müvafiq sahədə 2 il iş təcrübəsinə malik olan, qida məhsulları mühəndisliyi, istehlak mallarının ekspertizası və marketinqi, aqronomluq, bitki mühafizəsi, baytarlıq və zootexniklik ixtisasları üzrə təhsil almış şəxslər müraciət edə bilərlər.

Namizədlərdən özləri barədə məlumatlara dair anket formasını (CV) 2023-cü il fevralın 10-dək ceyhun.ehmedov@afsa.gov.az elektron poçt ünvanına göndərmək xahiş olunur.
Reytinq: 
Son xəbərlər
bütün xəbərlər →