• 22:06 – KİV: “Ərdoğanın ABŞ-yə səfəri təxirə salınıb” 
  • 21:47 – Ermənistan niyə Azərbaycandan qaz almaq istəyir? 
  • 16:44 – Azərbaycan və Qırğızıstan prezidentləri birgə nahar ediblər 
  • 16:40 – ABŞ Ukraynaya bu raketləri gizli göndərdi 

Birinci Qarabağ müharibəsində əlil olan 17 minədək şəxsə birdəfəlik ödəmə verilib

1997-ci il avqustun 2-dək hərbi xidmətdə olarkən aldığı xəsarət nəticəsində əlilliyi müəyyən edilmiş şəxslər və onlardan vəfat edənlərin vərəsələrinə e-sistemlərdə habelə müvafiq arxivlərdə müvafiq dövr üzrə xəsarətlə bağlı mövcud məlumat əsasında birdəfəlik ödəmə e-sistem üzərindən proaktiv qaydada təyin edilərək onların bank hesablarına köçürülüb və bu barədə SMS göndərilib.

AZƏRTAC xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki DOST Rəqəmsal İnnovasiyalar Mərkəzinin (DOST RİM) direktoru Kənan Əkpərov sosial sahədə elektronlaşma proqramının icrası ilə bağlı 2022-ci il üzrə görülən işlər və qurumun hədəflərinə dair keçirdiyi mətbuat konfransında məlumat verib.

K.Əkpərov bildirib ki, həmin istiqamət üzrə 16 min 659 şəxsə birdəfəlik ödəmə verilib. Onlardan 1017 nəfərin vərəsəsinə həmin ödənişlər həyata keçirilib. Bunun üçün 105,7 milyon manat vəsait yönəldilib.
Reytinq: 
Son xəbərlər
bütün xəbərlər →